İş haqqında məlumat:
- Təhkim olunmuş nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamaq və təhlükəsiz idarə etmək;
- Yüklərin avtomobilə yüklənməsi, təyinat məntəqəsinə çatdırılması, boşaldılması və yerləşdirilməsi;
- Verilmiş sənədlərin və digər əşyaların təyinatı üzrə çatdırılması və təhvil verilməsi;
- Ortaya çıxan və çıxa biləcək problemlər haqqında vaxtında rəhbərliyi məlumatlandırmaq;
- Nəqliyyat vasitəsinin təmizliyinə, texniki baxışına daim nəzarət edilməsi;
- Rayonlara ezam getmək;
- Gördüyü işlərlə bağlı ay sonunda hesabatların verilməsi.
Tələblər:
- Hərbi xidmətdən keçmiş şəxslərə üstünlük verilir;
- Minimum tam orta təhsil;
- Nizam-intizamlı və işi tez qavrama qabiliyyətinin olması;
- Səliqəli xarici görünüş (təraş olunmuş üz, səliqəli saç);
- Sahə üzrə təcrübəsi olanlara üstünlük verilir;
- Şəhəri yaxşı tanımalı;
- Sürücülük vəsiqəsi B,C kateqoriyası;
- Yaş həddi 25-35.
İş şərtləri:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə.
- İş vaxtı: Həftədə 5 gün saat 09:00-dan 18:00-a dək, nahar fasiləsi 13:00-14:00.
- Əmək haqqı: 700 Azn
- Əlavə iş saatları olduğu halda, əmək haqqına əlavə ödənilir.
- İş yeri: Bakı, Nərimanov rayonu.
Uyğun namizədlər Cv-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Uyğun namizədlə əlaqə saxlanılacaq.