Dispetçer

  • Истекает 27 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Sahara Electronics” MMC komandamıza qoşulacaq, sürücülərin gündəlik işinin təşkilini, marşrutların koordinasiyasını və daşınma prosesinin vaxtında həyata keçirilməsinə nəzarəti təmin edəcək Dispetçer axtarışındadır.

Namizədin əsas vəzifəsi sürücülərin iş qrafikini və gündəlik tapşırıqlarını koordinasiya etmək, nəqliyyat vasitələrinin hərəkətini izləmək, çatdırılma prosesində yaranan çətinlikləri operativ həll etmək və görülən işlər üzrə müvafiq uçot və hesabatlılığı təmin etmək olacaq.

Vəzifə öhdəlikləri

  • Sürücülərin gündəlik iş qrafikini və iş bölgüsünü təşkil etmək, tapşırıqları müvafiq sürücülərə yönləndirmək;
  • Çatdırılma və daşınma ehtiyaclarına uyğun marşrutları planlaşdırmaq və sürücülər arasında düzgün bölüşdürmək;
  • Sürücülərin işə vaxtında çıxışına, reyslərə başlamasına və iş qrafikinə riayət etməsinə nəzarət etmək;
  • Nəqliyyat vasitələrinin hərəkətini və təyin olunmuş ünvanlara vaxtında çatdırılmasını izləmək;
  • Sürücülərlə mütəmadi əlaqə saxlamaq, gün ərzində yaranan gecikmə, ünvan dəyişikliyi və digər operativ məsələləri koordinasiya etmək;
  • Nəqliyyat vasitəsində nasazlıq, yol-nəqliyyat hadisəsi və ya digər fövqəladə hal baş verdikdə aidiyyəti rəhbəri vaxtında məlumatlandırmaq və problemin həllini koordinasiya etmək;
  • Anbar, mağaza və digər aidiyyəti bölmələrlə əlaqəli şəkildə yükləmə, boşaltma və təhvil-təslim proseslərinin vaxtında icrasını izləmək;
  • Reyslər, marşrutlar və sürücülərin fəaliyyəti üzrə məlumatların qeydiyyatını aparmaq, müvafiq sənədləri yoxlamaq və sistemləşdirmək;
  • Gündəlik və dövri hesabatları hazırlamaq, iş prosesində aşkar olunan problemlər barədə birbaşa rəhbərə məlumat vermək.
  • GPS izləmə proqramı vasitəsilə sürücülərin və nəqliyyat vasitələrinin hərəkətini real vaxt rejimində izləmək, marşrutdan kənaraçıxma və gecikmələrə nəzarət etmək;
  • GPS sistemi üzərindən əldə olunan məlumatları təhlil etmək, aşkar olunan uyğunsuzluqlar və gecikmələr barədə birbaşa rəhbərə məlumat vermək;
  • 1C proqramında müvafiq əməliyyatları aparmaq, daşınma və çatdırılma prosesləri üzrə məlumatları sistemə daxil etmək və qeydiyyatını təmin etmək;
  • 1C sistemində aparılan əməliyyatların düzgünlüyünü yoxlamaq, məlumatların vaxtında və dəqiq işlənilməsinə nəzarət etmək.

Tələblər

  • Orta ixtisas və ya ali təhsil (logistika, nəqliyyat və idarəetmə sahələri üzrə təhsil üstünlükdür);
  • Dispetçer, logistika, nəqliyyatın təşkili və ya sürücülərlə iş sahəsində təcrübə arzuolunandır;
  • MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
  • Marşrutların planlaşdırılması və gündəlik iş bölgüsünün təşkili bacarığı;
  • Yüksək ünsiyyət, koordinasiya və operativ qərarvermə bacarığı;
  • Eyni vaxtda bir neçə tapşırığı izləmək və prioritetləşdirmək bacarığı;
  • Məsuliyyətli, diqqətli, çevik və stressə davamlı olmaq;
  • Komanda ilə işləmək və sürücülərlə düzgün işgüzar münasibət qurmaq bacarığı.
  • 1C proqramı ilə işləmək bacarığı
  • GPS izləmə və monitorinq proqramları ilə işləmək bacarığı.

İş şəraiti

  • İş yeri: Abşeron Ticarət Mərkəzi;
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əməkhaqqı: 800–1000 AZN (namizədin təcrübə və bacarıqlarına uyğun olaraq).

Tələblərə uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-mailin mövzu hissəsində “Dispetçer” qeyd edilməlidir. Seçilmiş namizədlərlə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.

  • Daily0
  • Weekly477
  • Monthly1941