Satış direktoru

  • Истекает 7 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş ofisi Abşeron Ticarət Mərkəzində və əsas satış mərkəzləri Sədərək Ticarət Mərkəzi ərazisində yerləşir. Hazırda komandamıza dinamik, özünəgüvənən peşəkarları dəvət edirik..

Ümumi məqsəd

  • Şirkətin B2C retail, topdan satış (Bakı və regionlar) və B2B (iri şəbəkələr və korporativ müştərilər) kanalları üzrə satış strategiyasını hazırlamaq, ümumi satış dövriyyəsini, gəlirliliyi və pərakəndə/topdan bazar payını artırmaq.

Əsas vəzifə və öhdəliklər

Strateji idarəetmə və satış hədəfləri

  • Retail, topdan və B2B satış kanallarının hər biri üçün illik, rüblük və aylıq satış planlarını (KPI və OKR) hazırlamaq və icrasına nəzarət etmək.
  • İstehlakçı elektronikası bazarını, rəqiblərin qiymət/aksiya siyasətini və tələbat meyllərini mütəmadi təhlil edərək satış strategiyasını çevik uyğunlaşdırmaq.
  • Yalnız satış həcmini deyil, hər bir kanal üzrə marjalılıq və mənfəətlilik göstəricilərini (gross profit) optimal səviyyədə saxlamaq.

Retail idarəetməsi (pərakəndə satış mağazaları)

  • Mağazaların satış hədəflərinin (turnover, average ticket, conversion rate) yerinə yetirilməsini təmin etmək.
  • Mağazalarda müştəri xidməti, merchandising, vizual tərtibat və stok dövriyyəsinin optimal olmasına nəzarət etmək.
  • Kateqoriya meneceri və marketing komandası ilə birlikdə mağazaiçi satış artırıcı kampaniyalar (trade marketing) planlaşdırmaq.

​​​​​​​Topdan satış idarəetməsi (Bakı və regionlar)

  • Bakı və regionlar üzrə topdan müştərilərlə işi təşkil etmək, topdan müştəri şəbəkəsini genişləndirmək
  • Topdan müştərilərin nisyə limitlərinin tənzimlənməsi, ödəniş gecikmələrinə və debitor borcların vaxtında yığılmasına nəzarət etmək.

​​​​​​​B2B satış idarəetməsi (iri şəbəkələr və korporativ müştərilər)

  • Bazarın iri şəbəkə mağazaları ilə strateji tərəfdaşlıqlar qurmaq, illik tədarük müqavilələri bağlamaq və shelf-space (rəf payı) danışıqlarını aparmaq.
  • Hotellər, rezidenstlər, iri ofislər və dövlət/özəl layihələr üçün xüsusi B2B təkliflər hazırlamaq, iri həcmli tender və layihə satışlarına rəhbərlik etmək.

​​​​​​​Komandanın idarə edilməsi və inkişafı

  • Satış komandasına (mağaza müdirləri, B2B menecerlər, topdan satış menecerləri və B2B satış meneceri) rəhbərlik etmək, motivasiya və bonus sistemlərinin idarə olunması
  • Komanda daxilində satış bacarıqları, danışıqlar və məhsul biliklərinin artırılması üçün hr ilə birgə təlim ehtiyaclarını müəyyənləşdirmək.

​​​​​​​Əməliyyat və şöbələrəarası koordinasiya

  • Məhsul çeşidi, anbar ehtiyatları (stockout/overstock) və yeni brendlərin bazara çıxarılması üzrə sıx əməkdaşlıq etmək.

Vəzifə tələbləri 

  • Təhsil: Ali təhsil (biznesin idarə edilməsi, iqtisadiyyat, menecment və ya müvafiq sahə).
  • Təcrübə: Elektronika, retail satış sahəsində azı 5 il satış rəhbəri təcrübəsi (Retail + B2B + topdan satış təcrübəsi olanlara üstünlük verilir).
  • Səriştələr: güclü liderlik, strateji təfəkkür, B2B danışıqlar aparmaq bacarığı, data analizi və KPI idarəetməsi, CRM və ERP sistemləri ilə işləmək təcrübəsi.

Biz nə təklif edirik?

  • Əmək haqqı: 2,200-2,500 AZN (təcrübə və bacarıqlara əsasən) sabit əmək haqqı + aylıq satış üzrə bonuslar + performans əsaslı illik KPI bonusları;
  • Korporativ nömrə və noutbuk
  • 6 günlük iş həftəsi

Ünvan: Abşeron Mall, Lökbatan qəsəbəsi, Xocəsən yolu 57

CV-lərinizi “Mövzu” hissəsində ”Satış direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

  • Daily121
  • Weekly482
  • Monthly733