Samadov Law & Audit Samadov Law & Audit
  • 445

Samadov Law & Audit

Professional Services

Aparıcı hüquqşünas

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Aparıcı hüquqşünas

  • Истекает 19 декабрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əmək haqqı: işçinin təcrübəsinə uyğun olaraq müəyyən olunur

Əsas vəzifələr:

  • Müqavilə formalarının hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Hüquqi şəxslərin və xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
  • Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi;
  • Əmtəə nişanlarının qeydiyyata alınması;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək; 
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq; 
  • Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək; 
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada cavabların hazırlanmasına nəzarət etmək.

Tələblər:

  • Hüquq sahəsi üzrə ali təhsil;
  • Korporativ sahədə 2-3 ildən artıq iş təcrübəsi;
  • Müqavilə hüququ sahəsində yaxşı səviyyədə nəzəri və praktiki biliklər;
  • Dil bilikləri: Rus və  ingilis dili yaxşı səviyyədə;
  • Yüksək araşdırma və müştərilərlə ünsiyyət bacarığı;
  • Namizədin komandada işləmə qabiliyyətinin olması vacibdir.

Qeyd: Hüquq və konsaltinq şirkətlərində təcrübəsi olan və yalnız məzun olmuş şəxslərə üstünlük veriləcək.

İş şəraiti:

  • Azərbaycan Respublikası əmək məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00;
  • İş yeri ünvanı: Cəfər Cabbarlı 44, Caspian Plaza

Müraciət etmək istəyən namizədlər CV-lərini və əməkhaqqı gözləntilərini Müraciət Et düyməsində göstərilən mail ünvanına mövzu hissəsinə “Aparıcı Hüquqşünas” qeyd edərək göndərə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly571