İş yeri: Sumqayıt / Xızı
Vəzifə haqqında:
- Forklift operatoru anbar və istehsalat sahəsində yüklərin təhlükəsiz şəkildə yüklənməsi, boşaldılması və daşınmasını təmin edir, istehsalat prosesinin fasiləsizliyinə dəstək verir.
Əsas vəzifələr:
- Yüklərin forklift vasitəsilə yüklənməsi, boşaldılması və daşınması
- Malların anbar və istehsalat sahəsində düzgün yerləşdirilməsi
- Forkliftin gündəlik texniki vəziyyətini yoxlamaq və nasazlıqlar barədə məlumat vermək
- Daşıma zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək
- Məhsulların zədələnməsinin qarşısını almaq
- Yükləmə–boşaltma prosesində verilən tapşırıqları vaxtında icra etmək
- İş sahəsində səliqə-sahman və nizam-intizamı qorumaq
Tələblər:
- Müvafiq dövlət orqanı tərəfindən verilmiş forklift sürücülük vəsiqəsi
- Analoji sahə üzrə minimum 1–3 il iş təcrübəsi
- Fiziki dözümlülük və diqqətlilik
- Təhlükəsizlik qaydalarına əməl etmə bacarığı
- Komanda ilə işləmək bacarığı
Şərait:
- Növbəli iş qrafiki
- Nahar təmin olunur
- Servis xidməti mövcuddur
Maraqlanan namizədlər CV-lərini “Çəngəlli yükqaldırıcı operatoru (Forklift)” Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.