S SAMT
  • 136

SAMT

Other

CNC Operatoru

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

CNC Operatoru

  • Истекает 21 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Sumqayıt, Xızı

CNC operatoru CNC dəzgahlarının idarə olunmasına cavabdehdir. Operator detalları dəzgaha düzgün şəkildə yerləşdirir, müvafiq proqram vasitəsilə dəzgahı işə salaraq detalları tələb olunan ölçü və formaya salır. Emal prosesi başa çatdıqdan sonra operator detalların ölçülərini və keyfiyyətini yoxlayır, onların texniki tələblərə və cizgilərə uyğunluğunu təmin edir.

Vəzifənin əsas öhdəlikləri:

  • CNC dəzgahlarının idarə edilməsi
  • Detalların düzgün şəkildə dəzgaha yerləşdirilməsi və uyğun proqramla işləməsinin təmin edilməsi
  • İşə başlamazdan əvvəl CNC dəzgahının lazımi alətlər və parametrlərlə sazlanmasının, təhlükəsiz və düzgün işləməsinin təmin edilməsi
  • Alətlərin vəziyyətinə nəzarət edilməsi və zərurət yarandıqda dəyişdirilməsi
  • Emaldan sonra detalların ölçülərinin və səth keyfiyyətinin yoxlanılması, texniki tələblərə və cizgilərə uyğunluğun təmin edilməsi
  • İş yerinin və dəzgahın təmiz və səliqəli saxlanılmasına nəzarət edilməsi
  • Günlük və aylıq istehsal hədəflərinə uyğun məhsul istehsalı, gecikmələrin və istehsalat dayanmalarının qarşısının alınması
  • Yerinə yetirilən emal işləri barədə birbaşa rəhbərə müntəzəm məlumat verilməsi

Vəzifə üzrə tələb olunan səriştələr:

  • Yüksək səviyyədə diqqət və dəqiqlik, detallara həssas yanaşma
  • Güclü ünsiyyət və komanda ilə işləmə bacarıqları
  • Texniki təhsil (arzuolunandır)
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi

Nələr təklif edirik?

  • Altı aylıq xaricdə təlim
  • Nahar təmin edilir
  • Sığorta təminatı
  • Nəqliyyat/xidmət təmin edilir

Maraqlanan namizədlər CV-lərini “CNC operatoru” mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilər

  • Daily86
  • Weekly350
  • Monthly1782