İş yeri: Sumqayıt, Xızı
Qumlama operatoru avtomatik qumlama xəttinin fasiləsiz, təhlükəsiz və texnoloji tələblərə uyğun işləməsini təmin edir, səth hazırlığı prosesinin keyfiyyətinə nəzarət edir və istehsalatın effektivliyinə dəstək verir.
Vəzifə öhdəlikləri:
- Avtomatik qumlama xəttini işə salmaq, dayandırmaq və idarə etmək;
- Operator paneli (HMI) vasitəsilə proses parametrlərinə nəzarət etmək;
- Qumlanacaq məhsulların konveyerə düzgün yerləşdirilməsini təmin etmək;
- Abraziv materialın səviyyəsini, hava təzyiqini və filtrasiya sisteminin işlək vəziyyətini izləmək;
- Avadanlığın gündəlik texniki baxışını həyata keçirmək;
- Nasazlıqları vaxtında aşkar etmək və məsul şəxslərə məlumat vermək;
- Qumlama keyfiyyətinə (səth təmizliyi, pürüzlülük və s.) nəzarət etmək;
- İş sahəsinin təmizliyini və nizam-intizamını təmin etmək;
- Sağlamlıq, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi qaydalarına əməl etmək.
Vəzifəyə dair tələb olunan bacarıqlar və təcrübə:
- Texniki sahə üzrə orta ixtisas və ya peşə təhsili;
- İstehsalat və ya sənaye sahəsində minimum 1 il iş təcrübəsi;
- Kompressor və yüksək təzyiq avadanlıqları ilə işləmə qaydaları üzrə bilik;
- Avtomatik və ya yarı-avtomatik qumlama avadanlığı ilə iş təcrübəsi;
- PLC idarəetmə panelləri haqqında ilkin biliklər;
- Metal konstruksiyalar və səth hazırlığı prosesləri haqqında anlayış;
- Texniki avadanlıqlarla işləmə bacarığı;
- Təhlükəsizlik qaydaları üzrə biliklər.
Təklif edirik:
- Nahar şirkət tərəfindən təmin olunur
- Sığorta təminatı
- Servis/daşınma xidməti təmin olunur
Maraqlanan namizədlər, CV və əlaqə məlumatlarını “Qumlama Operatoru” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.