"SAMT" MMC-də "Təmizlik işçisi " vakansiyası mövcuddur.
İş yeri: Sumqayıt / Xızı
Əsas öhdəliklər:
- Ofis, otaqlar, dəhlizlər və sanitar qovşaqların gündəlik təmizlənməsini həyata keçirmə;
- Tozların silinməsi, döşəmələrin yuyulması və zibillərin vaxtında çıxarılmasını təmin etmə;
- Sanitar qovşaqlarda gigiyenik vasitələrin (sabun, kağız və s.) mövcudluğunu nəzarətdə saxlamaq;
- Mətbəx və ümumi istifadə sahələrinin təmizliyini təmin etmək;
- Təmizlik vasitələrindən düzgün və qənaətlə istifadə etmək;
- Zəruri hallarda rəhbərlik tərəfindən verilən əlavə təmizlik işlərini yerinə yetirmək;
- Avadanlıqlardan düzgün istifadə etmək və zədələnmə halları barədə aidiyyəti üzrə məlumat vermək.
Tələblər:
- Orta təhsil;
- Təmizlik və gigiyena qaydaları üzrə əsas biliklər;
- Təmizlik vasitələri və kimyəvi maddələrlə işləmə bacarığı.
Şirkət tərəfindən verilən imtiyazlar:
- Nahar;
- Könüllü tibbi sığorta;
- Servis nəqliyyatı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məlumat Mərkəzi üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.