Tələblər:
- Yaş həddi: 30 - 45;
- Cins: Kişi;
- Dil bilikləri: Azərbaycan dili səlist, Rus və İngilis dili biliyi arzuolunandır;
- Kompüter bilikləri: MS Office, 1C mühasibatlıq proqramından istifadə bacarıqları;
- Ali təhsil (maliyyə və mühasibatlıq sahələri üzrə);
- Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yüksək səviyyədə bilmək;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
Vəzifə öhdəlikləri:
- Şirkət əməkdaşlarının aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasının təmin edilməsi;
- Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
- Daxili və xarici ezamiyyələrin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
- DSMF tərəfindən ödənişlərin vaxtında həyata keçirilmə məqsədi ilə elektron portalda xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, birdəfəlik ödənişlərin rəsmləşdirilməsi;
- Əmək haqqına dair sorğu və sualların cavablandırılması;
- Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
- Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi sənədləşmə;
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı : Razılaşma yolu ilə
- Nahar şirkət tərəfindən təmin olunur.
- Ünvan: Sumqayıt şəhəri, Metallurq küçəsi 1.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə "Əmək haqqı üzrə mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.