Vakansiya Haqqında:
- Əmək haqqı, məzuniyyət və son haqq-hesabların hesablanması üzrə biliklər;
- Əmək Məcəlləsi və əmək haqqı ilə bağlı əsas qanunvericiliyi bilmək;
- Vergi, DSMF və icbari sığorta tutulmaları üzrə anlayış;
- İş vaxtının (tabel) uçotunun aparılması;
- 1C proqramında əmək haqqı modulu ilə işləmə bacarığı
- Müvafiq ixtisas üzrə ali təhsil;
- 3–5 il iş təcrübəsi;
- Azərbaycan dili səlist, Rus və İngilis dili biliyi arzuolunandır;
- Səliqəli, məsuliyyətli və detallara diqqətli olmaq.
Əlavə Vəzifə Öhdəlikləri:
- İşçilərin əmək haqqı, məzuniyyət,ezamiyyət və digər ödənişlərinin hesablanması;
- Əmək haqqı üzrə aylıq siyahıların hazırlanması;
- Vergi və DSMF üzrə ödənişlərə nəzarət;
- Elektron qaimələrin yazılması və əsas satış sənədlərinin hazırlanması;
- Müqavilə, hesab-faktura və təhvil-təslim aktlarının tərtibi;
- Əmək haqqı əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icrası.
- Mal-materialların uçotunun aparılması və müvafiq sənədləşmənin həyata keçirilməsi.
- Anbar əməliyyatlarının düzgün və vaxtında 1C/Mühasibatlıq proqramında əks etdirilməsi.
- Mal-material hərəkətlərinə (mədaxil, məxaric, qaytarılma və s.) nəzarət olunması.
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Mal-material qalığının faktiki göstəricilərlə uyğunluğunun yoxlanılması və inventarizasiyada iştirak.
- Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması;
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi sənədləşmə;
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunur;
- Nahar şirkət tərəfindən təmin olunur.
- Ünvan: Sumqayıt şəhəri, Metallurq küçəsi 1.
"Mühasib" qeyd edib CV-nizi Müraciət Et düyməsində göstərilən e-mail adresinə göndərə bilərsiz.
Əlaqə nömrəsi: +994 51 207 92 77 (Aytac x).