İş şəraiti:
- İş yeri: Bakı şəhəri , Azure Biznes Mərkəzi
- İş rejimi: Tam iş günü, 5 günlük iş qrafiki, Saat: 15:00-23:00
- Əmək haqqı: 600 azn
Əsas vəzifə öhdəlikləri:
- Biznesin inkişafı istiqamətində görülən işlərdə menecerə operativ dəstəyin göstərilməsi
- Daxili və xarici işgüzar yazışmaların aparılması
- Analitik hesabatların hazırlanması və məlumatların sistemləşdirilməsi
- Tərəfdaşlar və müştərilərlə əlaqələrin koordinasiyası
- Tapşırıqların vaxtında və dəqiq icrası
Namizəddən tələblər:
- Yaş: 25 və yuxarı
- Kişi namizəd
- Yüksək səviyyədə kompüter biliyi (MS Office və ofis proqramları)
- İngilis və Rus dilində səlis danışıq və yazı bacarığı
- Analitik düşünmə qabiliyyəti
- Məsuliyyətlilik, dəqiqlik və işgüzar etikaya riayət
Təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- Peşəkar və dinamik kollektivdə işləmək imkanı
- Uzunmüddətli əməkdaşlıq və peşəkar inkişaf imkanları
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin İnkişafı üzrə Menecer Köməkçisi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.