Korporativ Satış üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ Satış üzrə menecer

  • Deadline 10 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Təhsili: Ali təhsil
  • İş təcrübəsi: minimum 3 il 
  • Dillər: Azərbaycan dili (rus dili və ingilis dili arzuolunandır.)Ünsiyyət qurmaq bacarığı
  • Kollektivdə işləmək bacarığı
  • İşdə dəqiqlik və detallara fikir vermə məsuliyyəti

Vəzifə təlimatı:

  • Potensial korporativ müştərilərlə əlaqə yaratmaq, şirkətin məhsul və xidmətləri barədə ətraflı məlumat təqdim etmək.
  • Korporativ satış planını yerinə yetirmək üçün müştəri bazasını genişləndirmək və yeni partnyorlar cəlb etmək, mütəmadi olaraq əlaqə saxlamaq.
  • Müştərinin ehtiyaclarını təhlil edərək fərdi təkliflər hazırlamaq və təqdim etmək.
  • Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq və satış sonrası əlaqəni qorumaq.
  • Şirkət daxili təklif və qiymət formalarının hazırlanmasına və koordinasiyasına nəzarət etmək.
  • Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət etmək.
  • Aylıq, rüblük və illik satış hədəflərinə çatmaq üçün rəhbərliyə hesabatlar təqdim etmək.
  • Korporativ bazardakı tendensiyaları izləmək və rəqiblər barədə analizlər aparmaq.
  • Mövcud korporativ müştərilərin tələblərini cavablandırmaq və onların məmnuniyyətini təmin etmək.
  • Korporativ satış fəaliyyəti üzrə hər ay, rüb və ilin sonunda SWOT təhlili aparmaq, nəticələri və inkişaf təkliflərini rəhbərliyə təqdim etmək.
  • Tam maddi məsuliyyət haqqında müqavilə imzalamaq.
  • Birbaşa rəhbərin tapşırıqları əsasında aidiyyatı funksiyaları icra etmək.

Təklif:

  • Ofis- Dərnəgül. Ziya Bünyadov pr 2071
  • İş qrafiki: 5 günlük rəsmi iş qrafiki, 09:00-18:00
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Azərbaycan Respublikası Əmək məcəlləsi əsasında rəsmiləşdirmə
  • Əmək haqqı: 900 azn + bonus 
  • B2B görüşlərlə bağlı nəqliyyat və danışıq xərcləri qarşılanır.

CV-lərinizi “Korporativ satış üzrə menecer” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

  • Daily78
  • Weekly78
  • Monthly2283