WEICON — sənaye yapışdırıcıları, sızdırmazlıq materialları və texniki kimya sahəsində beynəlxalq Alman brendidir.
Santral Elektrik QSC olaraq WEICON məhsullarının Azərbaycanda inkişafı və bazarda mövqeyinin gücləndirilməsi üçün Brend Meneceri axtarırıq.
İş yeri: Bakı şəhəri, Dərnəgül, Ziya Bünyadov pr 2071
Əsas vəzifələr
- Müştərilərlə (zavodlar, istehsalat müəssisələri və s.) görüşlərin keçirilməsi
- Mühəndislərlə texniki təqdimatların aparılması
- WEICON məhsullarının üstünlüklərinin izahı və tətbiq sahələrinin göstərilməsi
- Yeni müştərilərin cəlb edilməsi və bazarın genişləndirilməsi
- Mövcud müştəri bazası ilə işləmək və əlaqələri inkişaf etdirmək
- Satış planlarının icrası və nəticələrin izlənməsi
- WEICON brendinin bazarda mövqeyinin gücləndirilməsi üzrə fəaliyyətlər
- Rəqib məhsulların və bazar trendlərinin analiz edilməsi
Tələblər
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: Tələb olunan sahədə 1-3 il
- Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dilləri arzuolunandır
- Kompyuter bilikləri: MS Office, 1C proqramında iş təcrübəsi
- Əlavə: Satış və ya texniki satış təcrübəsi üstünlükdür
Təlim və inkişaf
- Seçilmiş namizəd üçün WEICON üzrə Türkiyədə 2 həftəlik rəsmi təlim proqramı.
- Beynəlxalq standartlara uyğun texniki biliklərin artırılması.
- Karyera inkişafı və peşəkar yüksəliş imkanı.
Təklif edirik
- Əmək haqqı: Rəqabətli əməkhaqqı + satış bonusları. Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
- İş qrafiki: 5 günlük rəsmi iş qrafiki
- Beynəlxalq brendlə işləmək imkanı (WEICON).
- Dinamik və inkişaf yönümlü mühit.
CV-lərinizi “Brend Menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.