Korporativ Satış üzrə Məsul Şəxs

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ Satış üzrə Məsul Şəxs

  • Deadline 20 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşə götürən: Sapphire Hotels Group

İş yeri: Sapphire Bayıl Hotel

Vəzifə öhdəlikləri:

  • Hotellər üçün korporativ satışların inkişaf etdirilməsi və artırılması;
  • Korporativ müştərilər və səyahət agentlikləri ilə güclü və uzunmüddətli əlaqələrin qurulması və qorunması;
  • Yeni korporativ hesabların müəyyən edilməsi və cəlb edilməsi, mövcud müştərilərlə əməkdaşlığın aktiv saxlanılması;
  • Satış hesabatlarının hazırlanması və bazar təhlilində iştirak;
  • Marketinq və rezervasiya komandaları ilə koordinasiyalı şəkildə işləyərək müştəri məmnuniyyətinin təmin olunması.

Namizədə tələblər:

  • Qonaqpərvərlik sahəsində korporativ satış təcrübəsi;
  • Müştəri yönümlü yanaşma, ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Satış strategiyalarının hazırlanması və həyata keçirilməsi üzrə bilik və bacarıq;
  • Analitik düşüncə, planlaşdırma və nəticə yönümlü iş prinsipi;
  • MS Office və CRM proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dili səlis, həmçinin Rus və İngilis dillərində yazılı və şifahi yüksək ünsiyyət bacarığı.

İş şəraiti:

  • İş rejimi 5 günlük;
  • İş saatları: 09:00-18:00;
  • Vəzifə üzrə əmək haqqı: 1000-1200 AZN.

Təminatlar:

  • Şirkət tərəfindən nahar təminatı;
  • Xidməti telefon və mobil nömrə.

Müraciət qaydası: CV-nizi mövzu hissədə “Korporativ Satış üzrə Məsul Şəxs” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily1
  • Weekly572
  • Monthly2248