İş yeri: Sapphire Bayıl Hotel
Vəzifə Öhdəlikləri:
- Gəlirlərin artırılması: Müəyyən olunmuş hədəflərə çatmaq və gəlirləri maksimuma çatdırmaq üçün qrup üzrə uzunmüddətli satış strategiyalarını işləyib hazırlamaq və tətbiq etmək.
- Tərəfdaşlıqların qurulması: Korporativ seqment, MICE və turizm agentlikləri ilə güclü, uzunmüddətli işgüzar əlaqələr qurmaq və portfeli genişləndirmək.
- Komandanın idarə edilməsi: Satış komandasına mentorluq etmək, KPI hədəflərini təyin etmək, komandanı motivasiya etmək və fəaliyyətini istiqamətləndirmək.
- Bazar təhlili və brendin mövqeləndirilməsi: Rəqabət mühitini və bazar trendlərini təhlil edərək strateji satış təşəbbüsləri vasitəsilə brendin bazardakı mövqeyini gücləndirmək.
- Hesabatlıq: Satış dinamikası, proqnozlar və nəticələr üzrə rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək.
Namizədə Tələblər:
- Təcrübə: Hotelçilik (Hospitality) sahəsində satış üzrə rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi (Qrup / Multi-property təcrübəsi olanlara üstünlük verilir).
- Peşəkar biliklər: Korporativ satışlar, MICE və Turizm agentlikləri (TA/TO) ilə iş üzrə dərin təcrübə və əlaqələr.
- Səriştələr: Yüksək liderlik, strateji düşünmə, danışıqlar aparmaq və təqdimat bacarıqları.
- Dil bilikləri: Azərbaycan,İngilis və Rus dillərini yüksək səviyyədə bilmək.
- Nəticəyə yönümlülük: Gəlirlərin artırılmasında və KPI hədəflərinin yerinə yetirilməsində uğurlu təcrübə.
İş şəraiti:
- İş rejimi: 5 günlük;
- İş saatları: 09:00-18:00;
Təminatlar:
- Şirkət siyasətinə uyğun müvafiq endirimli xidmətlər;
- Daxili siyasətə uyğun 4 hotel üzrə rüblük bonus sistemi;
- Şirkət tərəfindən nahar təminatı;
- Xidməti telefon və mobil nömrə.
- Rəsmi iş görüşləri zamanı nəqliyyat təminatı
CV-nizi mövzu hissədə “Satış üzrə Direktor” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.