İş haqqında məlumat:
- Daxili qayda və prosedurlara müvafiq olaraq daxil olan lizinq müraciətlərini emal etmək;
- Müraciətçi ilə görüş təşkil etmək və mövcud biznesin maliyyə təhlilini aparmaq;
- Müraciətçidən əldə etdiyi məlumatları memorandum formasına işləmək;
- Komitə üçün tələb olunan sənədlərin foto şəkilini müraciətçidən əldə edib uyğun komitə faylına yerləşdirmək;
- Uyğun müraciətləri təsdiq üçün komitəyə təqdim edir;
- Komitədə təsdiq olmuş müraciətləri LRS proqramında işləmək, müqavilələri çap edib Direktorun imzasına təqdim etmək;
- İmzalanmış sənədləri müştərilərə imzalamaq üçün təqdim etmək; (müştəri ünvanlarına fiziki olaraq getmək mümkün olmadıqda mobil telefon vasitəsi ilə video zəng edib bütün sənədlərə müştəri tərəfindən imza atıldığına əmin olmaq, video zəngi yaddaşda saxlamaq)
- Verilmiş məhsullar üzrə ödənişlərə nəzarət etmək və gecikdirən müştərilərə dair işi daxili qaydalara uyğun aparmaq;
- Təkrar müştərilərə və səfərlər etmək və ya telefon vasitəsi ilə müştər üçün uyğun olan məhsulların təqdim etmək;
- Şirkət məhsulları təmsil edilən sərgilərdə iştirak etmək;
- Daxili qaydalara müvafiq olaraq müştərilərin planlı və ya qəfil monitorinqini aparmaq;
- Struktur rəhbəri tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək;
Tələblər:
- Ali təhsil
- Azərbaycan dili səlis, rus/ ingilis arzu olunandır
- Min 3 il iş təcrübəsi ( BOKT, Lizinq və ya Bankda )
- MC Office proqramları
- Biznes təhlili mövzusunda təlimlər üstünlükdür.
- Komandada işləmə bacarığı, məsuliyyətli, punktual
İş şərtləri;
- ƏM uyğun rəsmiləşdirilmə
- Əmək haqqı 800-1000 AZN
- 5 günlük iş qrafiki
- Ünvan: Zaqatala şəhəri
Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adı mövzu hissəsinə yazmaqla Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.