İş haqqında məlumat:
- Satış şöbəsinin işinin təşkili üçün qayda və prosedurlar hazırlamaq;
- Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlanmasında iştirak etmək, təsdiq olunmuş planların icrasını təmin etmək;
- Yeni işə cəlb edilən işçilərə Təşkilatı Struktur, Proqram təminatı və satışa təklif edilən məhsullar barədə olan təlimlərin keçirilməsini müvafiq struktur bölmələrlə koordinasiyasını təşkil etmək;
- Təşkilatın məhsul və xidmətlərin təbliği və təşviqini əhatə etdiyi ərazilərdə təşkil etmək;
- Potensial müştərilərlə əlaqələrin lazımi səviyyədə təşkil edilməsi üçün davamlı olaraq satış blokunun işçilərinin işinə nəzarət etmək;
- Fəaliyyət göstərilən Regionları tam əhatə etmək üçün Satış təmsilçiləri arasında yaşayış məntəqələrinin coğrafi olaraq düzgün şəkildə bölgüsünü təşkil etmək;
- Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
- Lizinq mütəxəsissləri tərəfindən hazırlanan maliyyə analizlərini nəzərdən keçirmək, yuxarı komitə üçün hazırlanan analizlərə rəy bildirmək, çatışmazlıqlar barədə Lizinq mütəxəsisslərini məlumatlandırmaq;
- Təkrar müştərilərə çarpaz satış məhsulları ilə bağlı təkliflər hazırlamaq;
- Kənar təchizatçılarla işgüzar münasibətlərin qurulması və gələcək əmakdaşlıq üçün struktur bölmələrlə koordinasiyasını təşkil etmək;
- Kənar təchizatçı şirkət işçilərinə korporativ lizinq məhsulları hazırlayıb təkliflər vermək;
- Rəqib təşkilatlar, onların bazara təqdim etdiyi oxşar məhsullar barədə mütəmaddi olaraq araşdırmalar aparmaq və Marketinq şöbəsi ilə davamlı məlumat mübadiləsi aparmaq;
- Müştəri məmnuniyyətini yüksək saxlamaq üçün daxil olan şikayət və təklifləri toplayıb Marketinq şöbəsi ilə əlaqələndirmək;
- Regionlar arası Satış blokunun işçiləri arasında təcrübə mübadiləsi işini təşkil etmək;
- Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək;
- Şöbə daxili olan müraciət və sorğulara cavabları hazırlamaq;
- Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq;
- İnsan Resursları şöbəsi ilə birgə şöbə tabeçiliyində olacaq işçilərin işəgötürülmə prosesində iştirak etmək;
- Filialların açılışını Rəhbərlik tərəfindən təsdiq olunmuş ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil etmək.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Maliyyə-kredit sahəsində)
- Azərbaycan dili səlis, ingilis dili arzuolunandır.
- Biznes, aqrar kreditlərin təhlili, pərakəndə satış işinin təşkili sahəsində biliklər
- Müvafiq sahədə 5 il iş təcrübəsi ( Aqrar sahədə fəaliyyət göstərən lizinq, BOKT )
- Mükəmməl liderlik və idarəetmə bacarıqları
- Sürücülük vəsiqəsi və sürücülük təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş şərtləri:
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə
- 5 günlük iş qrafiki
- Əmək haqqı 2200-2500 (nett)
Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adı mövzu hissəsinə yazmaqla elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.