Tikinti şirkətimiz komandasına yeni müştərilər cəlb edəcək, layihə satışlarını inkişaf etdirəcək və tender proseslərini idarə edəcək məsuliyyətli əməkdaş axtarır.
Əsas vəzifələr:
- Tikinti layihələri üçün yeni korporativ müştərilərin və tərəfdaşların tapılması;
- Potensial müştərilərlə görüşlərin təşkili, şirkət xidmətlərinin təqdimatı və kommersiya təkliflərinin hazırlanması;
- Müştəri bazasının formalaşdırılması və davamlı əlaqələrin idarə olunması;
- Dövlət və özəl tender elanlarının izlənilməsi;
- Tender sənədlərinin hazırlanması, tələb olunan məlumat və arayışların toplanması;
- Tender müraciətlərinin vaxtında təqdim olunması və prosesin izlənməsi;
- Qiymət təkliflərinin, müqavilə və satış sənədlərinin hazırlanmasında iştirak;
- Satış və tender fəaliyyəti üzrə rəhbərliyə dövri hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- Satış, biznesin inkişafı və ya tender sahəsində iş təcrübəsi;
- Tikinti sektoru üzrə təcrübə üstünlükdür;
- Tender prosedurları və sənədləşmə üzrə bilik;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı; rus və ya ingilis dili üstünlükdür;
- MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
- Yüksək ünsiyyət, danışıqlar aparma və nəticəyönümlülük bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və komandada işləmə bacarığı.
Şirkət təklif edir:
- Rəsmi əmək müqaviləsi;
- Sabit əməkhaqqı və satış nəticələrinə əsasən bonus sistemi;
- Peşəkar inkişaf və karyera imkanları;
- Dinamik və peşəkar iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.