S Sea Breeze Construction
  • 1.3K

Sea Breeze Construction

Tikinti

Layihə Rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihə Rəhbəri

  • Deadline 19 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəliklər:

  • Layihənin vaxtında və keyfiyyətlə tamamlanması ;
  • Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
  • Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
  • Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
  • Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
  • Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
  • Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
  • Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
  • Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və təsdiq üçün təqdim edilməsi;
  • Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;
  • Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını ;
  • Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
  • Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması;
  • Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadənin edilməsi;
  • Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;

Tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • Tikinti üzrə Layihə rəhbəri kimi ən azı 5 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan dili və ingilis dili biliyi;
  • Project Management Professional (PMP) üzrə sertifikat;
  • Microsoft Office, AutoCAD, Primavera proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
  • Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
  • Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
  • Tikinti işlərində işlərin, avadanlıqların planlaşdırılması və koordinasiyası üzrə təcrübə.
  • Fərdi və komandada işləmək bacarığı 
  • Peşəkar münasibətlərin qurulması
  • Dəqiqlik və operativlik.

İş şəraiti:

Əmək haqqı: Namizədin bilik və peşəkar bacarıqları əsasında təyin olunacaq.

İş yeri: Sea Breeze Construction

Uyğun namizədlər CV formasını qeyd edilmiş e-mail adresinə "Layihə rəhbəri" başlığı altında göndərə bilərlər

  • Daily0
  • Weekly21
  • Monthly9