Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
- İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
- Təmir-tikinti işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
- Təmir-tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
- Təmir-tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
- İşlərə mühəndislik baxımından rəhbərlik etmək.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- 3 ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
- Kompyuter bilikləri - MS office, Word, Excell, AutoCad;
- Komandada işləmək bacarığı;
İş yeri:
- Nardaran qəsəbəsi, Sea Breeze Resort & Residences.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı:
- I-VI günlər.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron poçt ünvana CV göndərə bilərlər.