S Sea Breeze Construction
  • 507

Sea Breeze Construction

Строительство

Smetaçı-mühəndis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Smetaçı-mühəndis

  • Истекает 6 февраль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
  • Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
  • Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;
  • Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
  • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
  • Obyektlərdə (Sahədə) ölçü işlərinin aparılması;
  • Smetaların bazar qiymətləri ilə hesablanması;
  • Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması.

 Tələblər:

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Mühəndis (İnşaat mühəndisi arzu olunandır)  ixtisası üzrə ali təhsil;
  • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
  • Eskizə və ya  Layihəyə əsasən iş həcimlərinin çıxarılması, BoQ-un tərtibi və qiymətləndirilməsi;
  • Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək;
  • İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək;
  • Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır;
  • MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD; 
  • Analitik düşüncə tərzi;
  • Dəqiqlik, operativlik.

 İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; 
  • 5 günlük iş rejimi;
  • Həftə içi günlər saat 9:00-dan 18:00-dək;
  • Koroğlu m/s servis xidmət göstərir;
  • Yemək şirkət tərəfindən qarşılanır;
  • Əmək haqqı 2000-2500 AZN (nett).

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.

  • Daily53
  • Weekly802
  • Monthly835