“Sea Breeze Construction” MMC Topoqraf vakansiyasını elan edir:
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
- Ərazinin təhlilinin aparılması, obyekt və hadisələrin ölçmələrinin yüksək dəqiqliklə həyata keçirilməsi, Abris (əl ilə çəkilmiş sxematik plan) tərtib etmək bacarığı;
- Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafik xəritə və planların (syomka) hazırlanması;
- Şəhərsalma layihələri və həcm hesabatları üçün relyef ilə işləmək bacarığı;
- Topoqrafik ölçmələr, xəritəçəkmə və ərazi təhlili sahəsində geniş biliklərə malik olmaq;
- Topoqrafiya və geodeziya mühəndisliyinə aid ölçmə cihazlarından istifadə etmək bacarığı;
- Topoqrafik məlumatları müvafiq proqram təminatlarına köçürərək hesabatların hazırlanması və təqdim edilməsi;
- Sahədə baş verən dəyişiklikləri və iş prosesində irəliləyişləri mütəmadi olaraq izləmək və qrup rəhbərliyinə məlumat vermək.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil – arzuolunandır (Geodeziya və Xəritəçilik mühəndisliyi);
- Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi;
- AutoCAD proqramında və Total Station, GPS avadanlıqları ilə sərbəst işləmə bacarığı.
Əlavə məlumat:
- İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze
- İş qrafiki: 6/1.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.