Sea Breeze Delivery Sea Breeze Delivery
  • 566

Sea Breeze Delivery

Restaurants

Mal-material üzrə mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mal-material üzrə mühasib

  • Истекает 30 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Sea Breeze Delivery” MMC Mal-material üzrə mühasib vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu, onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək; 
  • 1C 8.3 proqramında malların və materialların hərəkəti üzrə sənədləri formalaşdırmaq; 
  • Mal-materialların qəbulu və silinməsinin tam uçotunu aparmaq; 
  • Hesab və elektron qaimə-fakturalarının düzgünlüyünü yoxlamaq; 
  • Debitor və kreditorlarla üzləşmələr aparmaq; 
  • Əsas vəsaitlərin və mal-materialların inventarizasiyasında iştirak etmək, faktiki və uçot göstəricilərin arasındakı fərqləri hesablamaq; 
  • Maliyyə və kassa intizamına riayət etmək, inzibati və təsərrüfat xərclərinə nəzarət etmək; 
  • Mal-material alışı ilə bağlı hesabatları düzgün və vaxtında hazırlamaq; 
  • Mal-materialların uçotunu aparmaq və faktiki maya dəyərini hesablamaq; 
  • Anbara daxil olan malların qəbulu və qeydiyyatını təmin etmək; 
  • Anbardan çıxan mallara nəzarət etmək və sənədləşdirmək; 
  • Anbar sayımı və stok nəzarətini həyata keçirmək. 

Namizədə olan tələblər:

  • Ali təhsil (iqtisadiyyat və ya maliyyə üzrə); 
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; 
  • Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı
  • MS Office (xüsusilə Excel – yüksək səviyyədə); 
  • Anbar əməliyyatları və koordinasiyası üzrə biliklər; 
  • Riyazi hesablama və analitik təhlil qabiliyyəti; 
  • Market (pərakəndə satış) sahəsində iş təcrübəsi üstünlükdür;
  • Rus dili biliyi üstünlükdür. 

Texniki biliklər:

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu; 
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 

Əlavə məlumat:

  • Nəqliyyat və yemək şirkət tərəfindən təmin olunur; 
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Mal-material üzrə mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər

  • Daily0
  • Weekly545
  • Monthly112