Energetik və Elektrik mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Energetik və Elektrik mühəndisi

  • Deadline 13 December 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Təsərrüfatda mövcud olan 35 kV-a qədər elektrik avadanlıqlarının düzgün istismarını, texniki baxımını və enerjinin qənaətli istifadəsini təmin etmək.
  • Elektrik avadanlıqları və enerji sərfiyyatı üzrə uçot və təhlil aparmaq, texniki-iqtisadi göstəricilərə nəzarət etmək.
  • Profilaktik və əsaslı təmir planlarını hazırlamaq və icrasına nəzarət etmək.
  • Elektrik qəzalarının qarşısının alınması və aradan qaldırılması üzrə tədbirləri təşkil etmək.
  • Elektrik enerjisi təminatçıları ilə danışıqlar və rəsmi yazışmalar aparmaq.
  • Ehtiyat hissələri və materialların tələbatını müəyyən edərək enerji təsərrüfatının fasiləsiz işini təmin etmək.
  • Elektrik avadanlıqlarının istismarında texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.
  • Yaşayış kompleksləri və inzibati binalarda yüksək keyfiyyətli və təhlükəsiz enerji təminatını qorumaq, ümumi brend standartlarına uyğun texniki səviyyəni saxlamaq.
  • Müvafiq yaşayış obyektlərində gündəlik əməliyyat proseslərini (enerji təchizatı, texniki xidmət, nasazlıqların aradan qaldırılması və s.) nəzarətdə saxlamaq.
  • Enerji təsərrüfatının maliyyə göstəricilərinə, büdcəsinə və səmərəlilik indikatorlarına (KPI-lara) nəzarət etmək, dayanıqlı və qənaətli fəaliyyətin təmin olunmasına yönəltmək.
  • Enerji və texniki xidmət komandalarını idarə etmək, onların peşəkar inkişafını dəstəkləmək və xidmət mədəniyyətinə əsaslanan iş mühiti formalaşdırmaq.
  • Ekspluatasiya departamentinin rəhbəri ilə mütəmadi əlaqədə olmaq, texniki və enerji əməliyyatlarının nəticələri, sakin məmnuniyyəti, maliyyə göstəriciləri və bazar meylləri barədə müfəssəl hesabatlar təqdim etmək.

Namizədə tələblər:

  • Ali texniki təhsil (Energetika, Elektrik mühəndisliyi və ya Avtomatika ixtisası üzrə).
  • Energetika və ya sənaye müəssisələrində ən azı 10 il peşəkar iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə praktiki idarəetmə bacarığı.
  • Elektrik və enerji avadanlıqlarının istismarı, texniki təhlükəsizlik normaları, avtomatika sistemləri, kompressor və generatorların iş prinsipləri üzrə dərin bilik.
  • Enerji istehlakı və xərclərinin optimallaşdırılması, texniki nasazlıqların diaqnostikası və təhlili üzrə təcrübə. 
  • Layihələrin planlaşdırılması, icrası və monitorinqi üzrə təşkilati bacarıqlara malik olmaq.
  • Komanda idarəçiliyi, daxili resursların planlaşdırılması və prioritetlərin müəyyənləşdirilməsi bacarığı.
  • Hesabatlılıq, büdcə planlaşdırması işləmək üzrə təcrübə üstünlük sayılır.
  • Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində işgüzar səviyyədə ünsiyyət bacarığı arzuolunandır.

Müraciət qaydası:
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində qeyd etməklə CV-nizi
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.

Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqlar.

  • Daily0
  • Weekly0
  • Monthly1050