Vəzifə öhdəlikləri:
- Yerinə yetirilmiş işlərin keyfiyyətinə mövcud norma və standartlara uyğun şəkildə nəzarət edilməsi;
- Geoloji, beton və digər müvafiq laboratoriyalarla əlaqələrin qurulması və işlərin koordinasiyası;
- İş proseslərinin və daxili təlimatların normativ sənədlərin tələblərinə uyğun icrasına nəzarət;
- Layihə üzrə keyfiyyət risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi;
- Uyğunsuzluqların (NCR) müəyyən edilməsi, qeydiyyatı və düzəldici/preventiv tədbirlərin icrasına nəzarət;
- Layihə üzrə istifadə olunan materialların keyfiyyət göstəricilərinin yoxlanılması, sertifikat və uyğunluq sənədlərinin təhlili və təsdiqi;
- Materialların layihə sənədlərinə, texniki şərtlərə və normativ tələblərə uyğunluğunun təmin edilməsi;
- Gizli işlərin aktlaşdırılması prosesində iştirak və müvafiq sənədlərin təsdiqi;
- Beton tökmə, armatur quraşdırılması, qəlib işləri, hidroizolyasiya və digər konstruktiv işlərə mərhələli nəzarət;
- Topoqrafik ölçmələrin və icra sxemlərinin yoxlanılması;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə nəzarət.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Müvafiq ixtisas üzrə ali təhsil;
- Kompüter bilikləri: MS Office (Excel, Outlook, Word), AutoCAD;
- Dil bilikləri: Rus dili və İngilis dili;
- Tikinti norma və standartlarını (SNİP, GOST, ISO və s.) yaxşı bilməli;
- Keyfiyyətə nəzarət prosedurlarını və sənədləşməni bilməli;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Yüksək məsuliyyət və prinsipiallıq;
- İşgüzar ünsiyyət və komandada işləmə bacarığı.
Təminatlar:
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunur;
- İş qrafiki: 5/2, 09:00–18:00;
- İş yerinə Koroğlu metrostansiyası-ndan nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibbi xidmət.
Maraqlanan namizədlərdən CV-lərini müraciət etdikləri vəzifənin adını “Mövzu” bölməsində qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.