Vəzifə öhdəlikləri:
- Memarlıq işçi layihələrin eskiz və layihə tapşırıqları əsasında qüvvədə olan inşaat norma və qaydalarına riayət edilməklə hazırlanması (konstruksiya, komunikasiya, texnalogiya, yanğın təhlükəsisliyi və s. hissələri ilə qarşılıqlı işləmə bacarığı);
- Memarlıq cizgiləri əsasında material təsnifatı, elementlərin birləşmə düyünlərinin detallı şəkildə hazırlanması;
- Baş plan hissələrinin (relyefin təşkili, torpaq kütləsi, bölgü planı və s.) hazırlanması və şəhərsalma əsaslandırmasına uyğunlaşdırılması.
Tələblər:
- Memarlıq ixtisası üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
- İnşaat norma və qaydalarını bilməli və bu normaların tələblərini layihələrdə nəzərə almalı;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini, işləmə prinsiplərini bilməli;
- AutoCad, ArchiCad proqramında işləmə bacarığı ( digər layihə proqramlarını bilməyi arzuolunandır);
- İşində peşəkar və məsuliyyətli olmalı, verilən tapşırığı dəqiq və vaxtında yerinə yetirməyi, işlənilən layihəni sahə ilə əlaqələndirməyi bacarmalıdır.
Təminatlar:
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
- İş qrafiki: 5/2, 09:00-18:00;
- İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.