Su, Kanalizasiya və Drenaj Sistemləri üzrə layihəçi mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Su, Kanalizasiya və Drenaj Sistemləri üzrə layihəçi mühəndis

  • Deadline 11 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Nardaran İnvest” MMC Su, Kanalizasiya və Drenaj Sistemləri üzrə layihəçi mühəndis vakansiyasını elan edir!

Şirkətimiz tikinti və mühəndislik layihələri üzrə fəaliyyət göstərir və komandamıza su təchizatı, kanalizasiya və drenaj sistemlərinin layihələndirilməsi sahəsində təcrübəli lahiyəçi mühəndis axtarır.

Vəzifə öhdəlikləri:

  • Müxtəlif təyinatlı bina və qurğular üçün su təchizatı, kanalizasiya, yağış suları və drenaj sistemlərinin, o cümlədən yanğın su təchizatı sistemlərinin layihələndirilməsi
  • Layihələr üzrə hidravlik hesablamaların aparılması və texniki həllərin hazırlanması
  • Layihə rəsmlərinin, texniki sxemlərin və layihə-smeta sənədlərinin (BoQ) hazırlanması
  • AutoCAD və digər mühəndis proqramlarında layihələrin işlənməsi və yenilənməsi
  • Layihələrin qüvvədə olan normativ sənədlərə, tikinti qaydalarına və texniki standartlara uyğun hazırlanması
  • Texniki hesabatların hazırlanması və layihə sənədlərinin sistemləşdirilməsi
  • Layihələrin təqvim planına uyğun icrasına nəzarət, gecikmələrin qarşısının alınması və layihə prosesinin mütəmadi monitorinqi
  • Tikinti prosesi zamanı layihə üzrə texniki dəstəyin göstərilməsi və nəzarətin həyata keçirilməsi
  • Podratçı təşkilatlardan layihə-smeta sənədləri üzrə rəylərin alınması, iradların aradan qaldırılması və layihənin müvafiq qurumlarda müdafiəsinin təmin edilməsi

Namizədə dair tələblər:

  • İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil
  • Su təchizatı və kanalizasiya sistemləri üzrə nəzəri və praktiki biliklər
  • AutoCAD proqramını yaxşı səviyyədə bilmək
  • Layihə sənədlərinin hazırlanması bacarığı
  • Komandada işləmək bacarığı və yüksək məsuliyyət hissi
  • İş qrafikinə uyğun çalışmaq və müəyyən edilmiş deadline-lara riayət etmək
  • Gərgin iş şəraitində və qısa müddətli tapşırıqları effektiv şəkildə yerinə yetirmək bacarığı
  • Stressə davamlılıq, detallara diqqət və təşəbbüskarlıq

Üstünlük veriləcək:

  • Civil 3D və ya Revit proqramları üzrə biliklər
  • Müvafiq sahədə iş təcrübəsi

Təminatlar:

  • Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək
  • İş qrafiki: 5/2, 09:00–18:00
  • İş yerinə Koroğlu metrostansiyasından servis xidməti
  • Nahar ilə təmin olunma
  • Könüllü tibbi sığorta

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily18
  • Weekly546
  • Monthly1117