SeaFish Company MMC SeaFish Company MMC
  • 711

SeaFish Company MMC

Food Manufacturing , Manufacturing

Aparıcı mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı mühasib

  • Deadline 24 August 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti 

  • İş yeri: Bakı
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • İş saatı: 09:00 – 18:00
  • Əmək haqqı: 1200 AZN
  • Nahar: Şirkət tərəfindən təmin edilir

Vəzifə öhdəlikləri:

  • Gündəlik maliyyə əməliyyatlarının 1C 8.3 proqramında uçotunun aparılması;
  • E-qaimə, hesab-faktura və müqavilələrin hazırlanması;
  • Vahid bəyannamə və statistik hesabatların hazırlanması və təqdim edilməsi;
  • Aylıq maliyyə hesabatlarının hazırlanması;
  • ƏMAS sistemində işçilərin işə qəbulu, işdən çıxarılması və əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi;
  • İşçilərin əmək haqlarının hesablanması və ödənişlərinin icrası.

Namizədə tələblər:

  • Yaş həddi: 25–40 yaş
  • Mühasibat sahəsində minimum 3 il iş təcrübəsi;
  • ƏMAS sistemi ilə işləmə bacarığı;
  • 1C 8.3 və MS Excel proqramlarını bilməsi vacib şərtdir;
  • Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
  • Statistika, vahid bəyannamə və aylıq hesabatların hazırlanması və təqdim edilməsi üzrə təcrübə;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız mühasib kimi minimum 3 il iş təcrübəsi olan və vakansiyada qeyd olunan vəzifə öhdəliklərini müstəqil şəkildə icra edə bilən namizədlərin müraciətlərinə baxılacaq. Mühasib kimi iş təcrübəsi olmayan və ya qeyd olunan öhdəlikləri yerinə yetirmək bacarığı olmayan namizədlərdən CV göndərməmələri xahiş olunur.

  • Daily0
  • Weekly595
  • Monthly2271