İş barəsində məlumat:
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satışa təyin edilmiş hədəflərə çatmaq;
- Korporativ görüşlər, müştərilərlə düzgün ünsiyyətin qurulması, məhsul və xidmətlər haqqında dolğun və ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
- Mövcud müştəri bazasının inkişaf etdirmək və möhkəmləndirmək;
- Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
- Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim etmək;
- Satışın stimullaşdırılması üçün təkliflər vermək;
- Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq;
- Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib şirkətləri analiz edə bilmək;
- Müştəri bazasının artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Əmək haqqı (fix əmək haqqı + satışdan yüksək faiz). Əmək haqqı namizədlə detallı olaraq müzakirə olunacaq;
- İş qrafiki: Həftə içi 5 gün, bazar və şənbə günü istirahət;
- İşçiyə nömrə, nahar və transport xərcləri şirkət tərəfindən verilir.
Namizədə tələblər:
- Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
- B2B sahəsində ən az 5 il iş təcrübəsi;
- Nəticəyə yönümlü işləmə bacarığı;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Öz üzərində işləyən, inkişafa meyilli;
- Ünsiyyətcil və inandırma bacarığı;
- Satışın analizini aparmaq bacarığı;
- Vaxtın səmərəli idarəolunması bacarığı;
- Komandada və fərdi işləmək bacarığı;
- Ali təhsil;
- Yaş həddi 25-45 arası;
- Azərbaycan və rus dillərini səlis bilməli;
- Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
Tələblərə uğun namizədlər CV-lərini mövzu yerində “satış meneceri“ qeyd edib e-mail ünvanına göndərə bilərlər.