Təchizat üzrə koordinator

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təchizat üzrə koordinator

  • Истекает 25 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə və öhdəliklər:

  • Mövcud və potensial təchizatçıların araşdırılması, qiymət və kommersiya təkliflərinin toplanılması və müqayisəli təhlilinin aparılması;
  • Təchizatçı şirkətlərlə gündəlik işgüzar əlaqələrin qurulması və effektiv əməkdaşlığın təmin edilməsi;
  • Məhsulların sifarişə uyğunluğunun, miqdarının, çeşidinin və keyfiyyət göstəricilərinin yoxlanılması prosesinin koordinasiya edilməsi;
  • Təchiz olunan malların elektron qaimələr, sifariş sənədləri və digər müvafiq sənədlər əsasında yoxlanılması;
  • Elektron qaimələrdə məhsul adı, miqdar, qiymət və digər məlumatların sifariş və faktiki təhvil-təslim göstəriciləri ilə uyğunluğunun yoxlanılması;
  • Aşkarlanmış uyğunsuzluqlar barədə aidiyyəti şəxslərin məlumatlandırılması və məsələlərin həllinin izlənilməsi;
  • Təchizatçı şirkətlərlə müqavilələrin hazırlanması və müqavilə şərtlərinin razılaşdırılması prosesində iştirak edilməsi;
  • Müqavilələr üzrə qiymət, ödəniş, çatdırılma, keyfiyyət və digər şərtlərin icrasına nəzarət edilməsi;
  • Müqavilələrin qüvvədə olma müddətlərinin və yenilənmə tarixlərinin izlənilməsi;
  • Təchizatçıların ödəniş və hesablaşmaları ilə bağlı Maliyyə şöbəsi ilə koordinasiyanın təmin edilməsi;
  • Təchizatçı şirkətlərlə aylıq üzləşmələrin və hesabatların hazırlanması;
  • Maliyyə şöbəsi ilə birlikdə aylıq təchizat və maliyyə hesabatlarının hazırlanması və məlumatların dəqiqliyinin yoxlanılması;
  • Sifarişlər, alışlar, qiymətlər, çatdırılmalar və təchizatçılar üzrə məlumatların sistemli şəkildə qeydiyyatının və arxivləşdirilməsinin təmin edilməsi;
  • Təchizat üzrə sənədlərin düzgün, tam və vaxtında hazırlanması, sistemləşdirilməsi və aidiyyəti şöbələrə təqdim edilməsi;
  • Təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi və nəticələr barədə rəhbərliyə məlumatların təqdim edilməsi;
  • Təchizat prosesi üzrə mütəmadi hesabatların, statistik məlumatların və analizlərin hazırlanması;
  • Rəhbərliyə təchizat prosesi, qiymət dəyişiklikləri, təchizatçıların fəaliyyəti və yaranmış problemlərlə bağlı müvafiq məlumatların təqdim edilməsi;
  • Təchizat proseslərinin daha səmərəli, operativ və sistemli təşkili ilə bağlı təkliflərin hazırlanması;
  • Şirkətin daxili prosedur və qaydalarına uyğun olaraq təchizat proseslərinin həyata keçirilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.Tələblər:

Tələblər

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Microsoft Office, xüsusilə Excel, Word və Outlook proqramlarında sərbəst işləmək bacarığı;
  • Güclü ünsiyyət və analitik düşünmə bacarığı;
  • Operativ qərarvermə və problem həll etmə bacarığı;
  • Məsuliyyətli, diqqətli, dəqiq və punktual yanaşma;
  • Təchizat proseslərini sistemli şəkildə idarə etmək bacarığı.

İş qrafiki və şirkət tərəfindən təminatlar

  • İş qrafiki: 5 iş günü;
  • Şənbə və bazar günləri istirahət;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş üçün mobil nömrə təqdim edilir.
  • Əmək haqqı 800-1000 Azn

Tələblərə uyğun namizədlər CV-lərini mövzu bölməsində “Təchizat üzrə koordinator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:

  • Daily105
  • Weekly625
  • Monthly2337