Marketinq mütəxəssisi

  • Deadline 10 Oktyabr 2026

Komandamız yaradıcı, operativ və məsuliyyətli Marketinq Mütəxəssisi axtarır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin ümumi marketinq strategiyasını hazırlamaq və icrasında iştirak etmək;
  • Şirkətin məhsullarının bazarda tanıdılması və satışının dəstəklənməsi üçün effektiv marketinq həlləri hazırlamaq;
  • Bazarın, müştəri davranışlarının, rəqiblərin və bazar tendensiyalarının mütəmadi araşdırılmasını həyata keçirmək;
  • Məhsul və brendin bazardakı mövqeyinin gücləndirilməsi istiqamətində təkliflər hazırlamaq;
  • Reklam, kampaniya, aksiya və digər marketinq layihələrinin planlaşdırılması və icrasını təşkil etmək;
  • Reklam kampaniyalarının effektivliyini izləmək, nəticələri analiz etmək və inkişaf istiqamətləri müəyyənləşdirmək;
  • Mövcud və potensial müştərilərin ehtiyaclarını və gözləntilərini analiz edərək marketinq fəaliyyətlərini buna uyğun formalaşdırmaq;
  • Marketinq materiallarının hazırlanması və müxtəlif kommunikasiya kanallarında düzgün istifadəsini təmin etmək;
  • SMM mütəxəssisi ilə daim əlaqədə olmaq, kontent planının və gündəlik marketinq fəaliyyətlərinin koordinasiyasını həyata keçirmək;
  • Sosial media kanallarından daxil olan sual, müraciət və sorğuların operativ şəkildə cavablandırılmasını və aidiyyəti üzrə yönləndirilməsini təmin etmək;
  • SMM üçün məhsullar, kampaniyalar, aksiyalar və digər marketinq fəaliyyətləri ilə bağlı zəruri məlumatları vaxtında təqdim etmək;
  • Dizayn materiallarının hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
  • Çap məhsulları, reklam bannerləri, promo materialları, təqdimatlar və digər marketinq materiallarının hazırlanması prosesini koordinasiya etmək;
  • Televiziya kanalları, verilişlər, media qurumları, tədbir təşkilatçıları və digər tərəfdaşlarla əməkdaşlıq imkanlarını araşdırmaq və əlaqələr qurmaq;
  • Şirkətə əməkdaşlıq, reklam, televiziya verilişlərində iştirak və digər media layihələri ilə bağlı daxil olan müraciətləri qəbul etmək, qiymətləndirmək və rəhbərliyə təqdim etmək;
  • Satış şöbəsi ilə sıx əməkdaşlıq edərək satışların artırılmasına yönəlmiş marketinq layihələri hazırlamaq;
  • Marketinq büdcəsinin səmərəli istifadəsinə nəzarət etmək;
  • Görülmüş işlər və kampaniyaların nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Şirkətin inkişafına töhfə verəcək yeni marketinq ideyaları və layihələr irəli sürmək.

Namizədə tələblər

  • Yaş: 25-45
  • Cins: qadın, kişi
  • Marketinq sahəsində minimum 1-2 il iş təcrübəsi;
  • Marketinq strategiyası, reklam və brendinq üzrə biliklər;
  • SMM və rəqəmsal marketinq haqqında praktiki anlayış;
  • Adobe məhsulları ilə işləmə bacarığı;
  • Bazar və rəqib analizlərini aparmaq bacarığı;
  • Analitik və kreativ düşüncə;
  • Güclü kommunikasiya və təşkilatçılıq bacarığı;
  • Operativ və çevik işləmək bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

İş şəraiti

  • Əmək haqqı: 1000 Azn 
  • İş qrafiki: 5 günlük iş həftəsi.

Ünvan: Bakı şəhəri, Lökbatan ŞTQ, Sədərək TM-nin çıxışı.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “marketinq mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily12
  • Weekly619
  • Monthly1095