Satış təmsilçisi (səs sistemləri)

  • Истекает 27 сентябрь 2026

Səs sistemlərinin satışı və icarəsi ilə məşğul olan şirkətimizə satış təmsilçisi axtarılır.

Əsas vəzifə öhdəlikləri:

  • Yeni müştərilərin axtarılması və cəlb edilməsi;
  • Mövcud müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi;
  • Səs sistemləri və avadanlıqlarının müştərilərə təqdim edilməsi;
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirərək uyğun məhsul və xidmətlərin təklif edilməsi;
  • Səs sistemlərinin satışı və icarəsi üzrə kommersiya təkliflərinin hazırlanması;
  • Görüşlərin keçirilməsi və satış prosesinin sonadək idarə olunması;
  • Satış planlarının yerinə yetirilməsi;
  • Bazar və rəqib fəaliyyətinin izlənilməsi;
  • Satış nəticələri barədə rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.

Namizədə tələblər:

  • Satış sahəsində iş təcrübəsi;
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Müştərilərlə düzgün və peşəkar münasibət qurmaq bacarığı;
  • Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq;
  • Komanda ilə işləmək bacarığı;
  • Səs sistemləri və texniki avadanlıqlar haqqında ilkin məlumatın olması üstünlükdür;

·        Azərbaycan və rus dillərində əla ünsiyyət bacarığı, ingilis dilində bilməsi arzuolunandır;

  • B kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır.

İş şəraiti:

  • Əmək haqqı: 500 manat + satışdan bonus sistemi;
  • İş qrafiki: 6 günlük iş həftəsi.

 

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “satış təmsilçisi – səs sistemləri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] ünvanına göndərə bilərlər.

 

 

 

 

 

 

 

 

 

  • Daily0
  • Weekly536
  • Monthly2291