Əsas vəzifələr:
• Logistika şöbəsinin gündəlik fəaliyyətini təşkil və idarə etmək
• Məhsulların anbarlardan satış nöqtələrinə vaxtında və düzgün çatdırılmasını təmin etmək
• Nəqliyyat vasitələrinin və sürücülərin iş qrafikini təşkil etmək
• Avtoparkın fəaliyyətinə nəzarət etmək
• Nəqliyyat vasitələrinin texniki və ümumi işlək vəziyyətinə nəzarət etmək
• Avtomobillərin sürücülərə təhvil-təslim prosesini təşkil etmək və təhvil zamanı nəqliyyat vasitəsinin işlək vəziyyətini yoxlamaq
• Avtomobillərdə yaranan texniki problemləri ilkin mərhələdə müəyyən etmək və aidiyyəti üzrə həllini təşkil etmək
• Avtomobillərin texniki baxış, təmir və texniki xidmət proseslərinə nəzarət etmək
• Çatdırılma marşrutlarını planlaşdırmaq və optimallaşdırmaq
• Sifarişlərin vaxtında icrasına nəzarət etmək
• Nəqliyyat xərclərinə və yanacaq sərfiyyatına nəzarət etmək
• Sürücülərin işinə və davamiyyətinə nəzarət etmək
• Logistika üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
• Anbar, satış və digər şöbələrlə koordinasiyalı fəaliyyət göstərmək
• Logistika proseslərində yaranan problemlərin operativ həllini təmin etmək
Namizədə tələblər:
• Logistika sahəsində rəhbər vəzifədə iş təcrübəsi
• Komandanı idarə etmək bacarığı
• Rutlanma və nəqliyyat prosesləri üzrə təcrübə
• Analitik düşüncə və operativ qərarvermə bacarığı
• MS Office, xüsusilə Excel proqramında işləmə bacarığı
• Məsuliyyətli, intizamlı və təşkilatçılıq qabiliyyətli olmaq
İş qrafiki: 6 günlük iş qrafiki
Yaş: 30-50
Əmək haqqı: 1000-1200
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin çıxışı
Nahar şirkət tərəfindən verilir.
İş saat 07:00-da başlayır.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Logistika müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] ünvanına göndərə bilərlər.