Maliyyə direktoru

  • Истекает 24 сентябрь 2026

Vəzifə öhdəlikləri:

·        Şirkətin maliyyə fəaliyyətinin ümumi idarə edilməsini və maliyyə strategiyasının hazırlanmasını təmin etmək;

·        Şirkətin gəlir və xərclərinə, pul vəsaitlərinin hərəkətinə və maliyyə göstəricilərinə nəzarət etmək;

·        Şirkətin maliyyə göstəricilərini mütəmadi təhlil etmək, gəlir, xərc, mənfəət və pul vəsaitlərinin hərəkəti üzrə hesabatların hazırlanmasına nəzarət etmək;

·        Büdcənin hazırlanması, icrasına nəzarət və maliyyə planlaşdırmasını həyata keçirmək;

·        Maliyyə hesabatlarını təhlil etmək, rəhbərliyə müvafiq təklif və hesabatlar təqdim etmək;

·        Xərclərin optimallaşdırılması və maliyyə resurslarından səmərəli istifadəni təmin etmək;

·        Vergi, mühasibatlıq və digər maliyyə proseslərinin qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;

·        Maliyyə risklərini müəyyən etmək və onların minimuma endirilməsi istiqamətində tədbirlər görmək;

·        Maliyyə və mühasibatlıq şöbəsinin fəaliyyətini idarə etmək və iş bölgüsünə nəzarət etmək;

·        Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

 

 

Namizədə tələblər:

 

·        Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;

·        Maliyyə rəhbəri və ya maliyyə meneceri vəzifəsində iş təcrübəsi;

·        Maliyyə planlaşdırması, büdcələşdirmə və maliyyə təhlili üzrə biliklər;

·        Logo Unity, MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı;

·        Analitik düşünmə, qərarvermə və idarəetmə bacarığı;

·        Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.

 

 

Nahar şirkət tərəfindən təmin olunur.

 

Əmək haqqı: 2000-2500;

İş qrafiki: 5 günlük iş həftəsi.

Cinsi: kişi

Yaş: 30-45

Ünvan: Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocasən yolu, Sədərək TM çıxışı

 

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Maliyyə direktoru” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] ünvanına göndərə bilərlər.

  • Daily22
  • Weekly161
  • Monthly1923