Səs sistemlərinin satışı və icarəsi ilə məşğul olan şirkətimizə satış təmsilçisi axtarılır.
Əsas vəzifə öhdəlikləri:
- Yeni müştərilərin axtarılması və cəlb edilməsi;
- Mövcud müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi;
- Səs sistemləri və avadanlıqlarının müştərilərə təqdim edilməsi;
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirərək uyğun məhsul və xidmətlərin təklif edilməsi;
- Səs sistemlərinin satışı və icarəsi üzrə kommersiya təkliflərinin hazırlanması;
- Görüşlərin keçirilməsi və satış prosesinin sonadək idarə olunması;
- Satış planlarının yerinə yetirilməsi;
- Bazar və rəqib fəaliyyətinin izlənilməsi;
- Satış nəticələri barədə rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
- Satış sahəsində iş təcrübəsi;
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Müştərilərlə düzgün və peşəkar münasibət qurmaq bacarığı;
- Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Səs sistemləri və texniki avadanlıqlar haqqında ilkin məlumatın olması üstünlükdür;
· Azərbaycan və rus dillərində əla ünsiyyət bacarığı, ingilis dilində bilməsi arzuolunandır;
- B kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır.
İş şəraiti:
- Əmək haqqı: 500 manat + satışdan bonus sistemi;
- İş qrafiki: 6 günlük iş həftəsi.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “satış təmsilçisi – səs sistemləri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] ünvanına göndərə bilərlər.