S Sədərək Firması
  • 179

Xarici Satınalmalar üzrə Mütəxəssis

Xarici Satınalmalar üzrə Mütəxəssis

  • Deadline 24 September 2026

Vəzifə öhdəlikləri:

·        Xarici bazarı mütəmadi araşdırmaq, şirkətin tələbatına uyğun yeni və etibarlı təchizatçıları müəyyən etmək;

·        Potensial təchizatçıların məhsul çeşidi, qiymətləri, keyfiyyəti və əməkdaşlıq şərtlərini araşdıraraq ən uyğun variantları seçmək;

·        Xarici təchizatçılarla əlaqələr qurmaq və davamlı əməkdaşlığı təmin etmək;

·        Məhsul və materiallar üzrə qiymət təklifləri almaq, müqayisə və təhlil etmək;

·        Təchizatçılarla qiymət, ödəniş, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;

·        Satınalma sifarişlərini hazırlamaq və sifarişlərin vaxtında icrasına nəzarət etmək;

·        Xaricdən alınan məhsulların tələb olunan keyfiyyətdə və razılaşdırılmış müddətdə çatdırılmasını təmin etmək;

·        İdxal üçün tələb olunan sənədlərin (Invoice, Packing List, Certificate of Origin və s.) düzgünlüyünü yoxlamaq;

·        Logistika şirkətləri, ekspeditorlar və gömrük brokerləri ilə koordinasiyalı işləmək;

·        Sifarişlərin daşınma və çatdırılma prosesini izləmək, gecikmə və digər problemlər yarandıqda operativ həll yolları tapmaq;

·        Satınalma və logistika xərclərini optimallaşdırmaq və şirkət üçün ən sərfəli variantların seçilməsini təmin etmək;

·        Mövcud və potensial təchizatçılar üzrə məlumat bazası yaratmaq və yeniləmək;

·        Xarici satınalmalar üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək..

 

Namizədə tələblər: 

·        Ali təhsil;

·        Xarici satınalma, idxal, logistika və ya təchizat sahəsində iş təcrübəsi;

·        Azərbaycan, ingilis və rus dillərində əla ünsiyyət bacarığı;

·        MS Office proqramlarında işləmə bacarığı;

·        Xarici təchizatçılarla iş və kommersiya danışıqları aparmaq bacarığı;

·        İdxal və satınalma sənədləri haqqında məlumatlılıq;

·        Analitik düşünmə və problem həll etmə bacarığı;

·        Məsuliyyətli, diqqətli və operativ olmaq.

 

Nahar şirkət tərəfindən təmin olunur.

 

Əmək haqqı: 1000-1500

İş qrafiki: 5 günlük iş həftəsi.

Yaş: 25-45

Cins: qadın, kişi

Ünvan: Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocasən yolu, Sədərək TM çıxışı

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Xarici Satınalmalar üzrə Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] ünvanına göndərə bilərlər.

 

  • Daily72
  • Weekly211
  • Monthly1972