İş barədə məlumat:
- İş qrafiki: Həftədə 6 günİş saatı: 09:00 – 19:00
- Nahar: Şirkət tərəfindən qarşılanır
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunacaq
Tələblər:
- 1C və Logo proqramlarını peşəkar səviyyədə bilmək.Ön mühasibatlıq, kassa və bank əməliyyatları üzrə təcrübə.Gündəlik maliyyə hərəkətlərinin qeydiyyatını aparmaq və ilkin sənədləşməni təşkil etmək.Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı
Vəzifə öhdəlikləri
- Müştərilərə yüksək səviyyədə, gülərüz və operativ kassa xidməti göstərmək;
- Nağd, bank kartı və digər ödəniş vasitələri ilə hesablaşmaları düzgün həyata keçirmək;
- Kassa aparatında satış əməliyyatlarını qeydiyyata almaq və müştəriyə kassa çekini təqdim etmək;
- Gün ərzində kassaya daxil olan pul vəsaitlərinin düzgünlüyünə nəzarət etmək;
- Günün sonunda kassanın bağlanmasını həyata keçirmək və müvafiq hesabatları hazırlamaq;
- Kassa qalığını faktiki pul vəsaiti ilə tutuşdurmaq;
- Kassa mədaxil və məxaric sənədlərini düzgün tərtib etmək;
- Geri qaytarılma və dəyişdirilmə əməliyyatlarını şirkətin daxili qaydalarına uyğun həyata keçirmək;
- Müştərilərin ödənişlə bağlı suallarını cavablandırmaq və zərurət yarandıqda aidiyyəti əməkdaşa yönləndirmək;
- Kassa sahəsinin səliqəli və təmiz saxlanılmasına nəzarət etmək;
- Pul vəsaitlərinin, kassa sənədlərinin və şirkətə məxsus digər maddi dəyərlərin təhlükəsizliyini təmin etmək;
- Şirkətin kassa intizamına, daxili prosedurlarına və geyim qaydalarına riayət etmək;
- Birbaşa rəhbərin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.