Tibbi nümayəndə (Müvəqqəti müddətə)

  • Истекает 30 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Biz Azərbaycanda, xüsusilə Gəncə şəhərində fəaliyyətimizi genişləndirmək məqsədilə Tibbi nümayəndə (Müvəqqəti müddətə) vəzifə üzrə əməkdaş axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Regional menecer ilə razılaşdırılmış plana uyğun olaraq həkimlərə və aptek şəbəkələrinə gündəlik ziyarətlərin həyata keçirilməsi;
  • Şirkətin məhsulları barədə həkimlərə elmi məlumatların təqdim edilməsi;
  • Məqsədli auditoriya ilə promosiya tədbirlərinin, dəyirmi masaların və qrup görüşlərinin təşkili və keçirilməsi;
  • Müvafiq tibbi sahə üzrə elmi yeniliklərlə tanış olmaq və daxili təlimlərdə iştirak etmək;
  • Davam edən layihələrin effektiv icrası məqsədilə müxtəlif şöbələrlə əməkdaşlıq etmək;
  • Gündəlik fəaliyyətlərin sistemdə əks etdirilməsi və inzibati işlərin icrası;
  • Şirkətin məhsullarının təşviqi məqsədilə tələb olunan digər fəaliyyətlərin yerinə yetirilməsi.

Əsas tələblər:

  • Ali tibbi təhsil;
  • MS Office proqramlarından yaxşı istifadə bacarığı;
  • Sürücülük vəsiqəsi.

Şəxsi keyfiyyətlər:

  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Effektiv işgüzar münasibətlər qurmaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik və dürüstlük;
  • Nəticəyönümlü və təşəbbüskar yanaşma;
  • Vaxtın idarə olunması və düzgün prioritetləşdirmə bacarığı;
  • Çeviklik və dəyişikliklərə tez uyğunlaşmaq bacarığı;
  • Analitik və strateji düşüncə;
  • Peşəkar inkişaf üçün yüksək motivasiya.

Şirkət təklif edir:

  • Peşəkar və karyera inkişafı imkanları;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi;
  • Tibbi sığorta;
  • Şirkət avtomobili (yanacaq limiti ilə təmin edilir);
  • Mobil rabitə təminatı;
  • Peşəkar, inkişafyönümlü və dostluq mühitinə malik iş şəraiti;
  • Beynəlxalq təcrübə və daimi peşəkar dəstək;
  • Daxili təlimlərdə və inkişaf proqramlarında iştirak imkanı.

Yuxarıda qeyd olunan tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi və motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Məktubun mövzu hissəsində vakansiyanın adı "Tibbi Nümayəndə" qeyd olunmalıdır.

CV / ərizə / tərcümeyi-hal təqdim etməklə, təqdim etdiyiniz şəxsi məlumatların vakansiyanın tələblərinə uyğunluğunuzun qiymətləndirilməsi və mümkün əmək münasibətlərinin qurulması məqsədilə "Şəxsi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq emal edilməsinə razılıq vermiş olursunuz.

  • Daily8
  • Weekly225
  • Monthly8