Çağrı mərkəzi üzrə qrup rəhbəri

  • Истекает 26 сентябрь 2026

Tələblər:

  • Müvafiq vəzifə üzrə 1 il ardıcıl iş təcrübəsi (Bank sahəsi üzrə arzuolunandır);
  • Analitik bacarığı olan;
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən;
  • Güclü kommunikativ qabiliyyətə sahib olan;
  • MS Office, xüsusilə Excel bilikləri;

Vəzifə öhdəlikləri:

  • Operatorların işinin effektiv şəkildə təşkili: əməkdaşların təliminin təşkili, yeni əməkdaşlara işin əsaslarının izahı, operatorların iş keyfiyyətinə nəzarət;
  • Çağrı mərkəzinə daxil olan sualların (sorğuların) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması, məlumatlandırma xidmətinin göstərilməsi;
  • Məlumatların (şikayətlərin, təkliflərin) qəbulu və yönəldilməsi;
  • Xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;
  • İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması;

Biz Sizə nə təklif edirik:

  • Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta təminatının verilməsi (3 ay sonra);
  • “Team building” tədbirlərinin keçirilməsi;

Əmək haqqı və iş rejimi:

  • İş rejimi: 5/2
  • Əmək haqqı: 1200 azn (net) + 500 azn KPI bonus;

SF Azerbaijan BOKT - CC TLSF Azerbaijan BOKT - CC TL

 

  • Daily0
  • Weekly662
  • Monthly2415