SF Azerbaijan BOKT MMC komandamıza qoşulmaq üçün peşəkar biliklərə, analitik düşüncəyə və müvafiq sahədə təcrübəyə malik Hüquqşünas axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Şirkət adından bağlanılan müqavilə və digər hüquqi sənədlərin ekspertizasını aparmaq, hüquqi rəylər hazırlamaq;
- Şirkətin hüquq və mənafelərini məhkəmələrdə, dövlət orqanlarında və digər aidiyyəti qurumlarda təmsil və müdafiə etmək, bundan irəli gələn zəruri sənədləri hazırlamaq;
- Dövlət orqanlarından daxil olan sorğu və müraciətlərə qanunvericiliyə uyğun cavablar hazırlamaq;
- Şirkətin struktur bölmələrinə hüquqi məsələlər üzrə məsləhət və dəstək vermək;
- AML/CFT (çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə) üzrə hüquqi tələblərin tətbiqini dəstəkləmək;
- Daxili normativ sənədlərin, etibarnamələrin, əmrlərin və digər hüquqi sənədlərin hazırlanmasında iştirak etmək;
- Hüquqi riskləri müəyyən etmək, qiymətləndirmək və onların azaldılması üzrə təkliflər vermək.
Namizədə tələblər:
- Hüquqşünaslıq üzrə ali təhsil;
- Maliyyə bazarları sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini şifahi və yazılı formada sərbəst bilmək mütləqdir;
- AML/CFT sahəsində təcrübə əlavə üstünlük hesab edilir;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, vergi, inzibati və maliyyə bazarları sahəsində qanunvericiliyini yaxşı bilmək;
- MS Office proqramlarında sərbəst işləmək;
- E-taxes.gov.az, e-mehkeme.gov.az və e-qanun.az portallarından istifadə bacarığı;
- Analitik düşüncə, yüksək məsuliyyət, dürüstlük, dəqiqlik və müstəqil qərarvermə bacarığı;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
İş şərtləri:
- Əmək haqqı müsahibə əsasında təyin olunur;
- İş rejimi: 5/7, saat 09:00-18:00;
- Peşəkar və dinamik iş mühiti;
Yalnız tələblərə uyğun namizədlər ilə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.