SF Azərbaycan BOKT SF Azərbaycan BOKT

SF Azərbaycan BOKT

Financial services , Capital Markets

Ödənişlər üzrə mütəxəssis

  • Истекает 9 октябрь 2024

Tələblər:

  • Təhsil: Ali təhsil, (İqtisadiyyat və ya Tətbiqi riyaziyyat);
  • Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst bilmək;
  • Təcrübə: Bank sektorunda müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Komputer bilikləri: Yüksək səviyyədə Excel biliyi; ERP sistemləri ilə bağlı ümumi anlayış;
  • Şəxsi keyfiyyətlər: Mükəmməl məntiqi-analitik düşüncə və riyazi, statistik biliklər; Detallara qarşı diqqətlilik;

Vəzifə öhdəlikləri:

  • Müştərilərin kreditləşməsi ilə bağlı qaimə-fakturaların və daxil olan ödənişlərin maliyyə siyasəti və prosedurlarına uyğun işlənməsi;
  • Kredit üzrə ödənişlərin təsdiqi, ödənişə göndərilməsi, hesablaşma, depozit və uzadılma (prolongation) əməliyyatların aparılması;
  • Ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və bu məbləğlərin tranzit hesablardakı qalıqların vaxtında əks etdirilməsi;
  • Əməliyyatların düzgün qeydiyyatının aparılması və təhlükəsizliyinin təmin edilməsi;
  • Ödənişlərlə yaranan problemləri müştəri tərəfindən təqdim edilən ödəniş çeklərinə əsasən araşdırılması və həll edilməsi;
  • Müştəri tərəfindən hesabına artıq ödənilmiş pulun geri qaytarılması;
  • Müştəri tərəfindən imtina edilən kreditin ləğvi;
  • Bütün aparılan əməliyyatların uçota alınmasını və düzgün saxlanması təmin edilməsi;
  • Müştərilərin ödəniş məsələlərini həll etmək üçün digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət həyata keçirilməsi;
  • Müştərilərin ödəniş və köçürmə məhsulları ilə əlaqəli əməkdaşlıq və əqdlərinin hazırlanması, struktura salınması və həyata keçirilməsində dəstək verməsi, lazımi məlumatlarla təmin etməsi;
  • “ERP” proqram məlumatlarından istifadə edilməsi və prosesin avtomatlaşdırılmasında iştirak edilməsi;
  • Təlimatlara uyğun olaraq bütün zəruri proqram təminatından istifadə etmək.

İmtiyazlar:

  • Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta təminatının verilməsi (sınaq müddəti bitdikdən sonra);
  • Dadlı və limitsiz qəhvə;
  • “Team building” tədbirlərinin keçirilməsi;

İş şərtləri:

  • İş vaxtı: 5/2, 09:00-18:00;
  • Əmək haqqı: 800 AZN (net);
  • Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.
  • Daily153
  • Weekly670
  • Monthly2514