Bu vəzifə üzrə ideal namizəd:
- Təhsil: Ali və ya peşə məktəbi/orta ixtisas təhsili;
- Dil bilikləri: Səlis Azərbaycan və Rus dili;
- Təcrübə: Müştəri xidmətləri və satış üzrə ən azı 6 (altı) ay iş təcrübəsi;
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
- Şəxsi keyfiyyətlər: Fikrini aydın ifadə etmə bacarığı, səlist və aydın intonasiya danışıq qabiliyyəti; Kompyuterdə çevik işləmə qabiliyyəti;
Görəcəyiniz işlər:
- Müvafiq təlimata əsasən Müəssisənin filialına yaxınlaşan müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək.
- Müəssisənin məhsulları və xidmətləri haqqında tam olaraq məlumatlandırılması və müştərilərin müvafiq suallarına ən uyğun formada ətraflı cavab verilməsi, müştəriyə yüksək səviyyəli xidmət göstərmək, onun kreditoru seçməkdə səhv etmədiyinə əmin olmasını təmin etmək.
- Müştərilərə kredit üçün müraciət anketinin səhvsiz və dolğun doldurulmasına köməklik etmək.
- Müştərilərlə biznes etikası standartlarına (müəyyən edilmiş “Script”-ə) uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması. Müştəri müraciətlərinin qəbulunda stress, qəzəb və ya digər mübahisəli ünsürlərin yaranması zamanı təmkinliklə, dolğun məlumatlandırmanı təmin etmək.
- Müştərilərin çətinliklərini müvafiq səlahiyyət çərçivəsində həll edilməsi.
- Müştərilərin şəxsi kabinet əməliyyatları üzrə və kart hesabların (IBAN) informasiyası və konsultasiyası ilə təmin etmək.
Şərtlər:
- İş vaxtı: Növbəli iş rejimi (gündüz vaxtları);
- Əmək haqqı: 600 AZN (net)
Biz təklif edirik:
- Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Tibbi sığorta təminatının verilməsi (işə başladığdan 3 ay sonra);
- Dadlı və limitsiz qəhvə;
- “Team building” tədbirlərinin keçirilməsi;