SF Azərbaycan BOKT SF Azərbaycan BOKT
  • 580

SF Azərbaycan BOKT

Maliyyə xidmətləri , Kapital bazarı

Onlayn müraciətlərə dəstək üzrə operator

Onlayn müraciətlərə dəstək üzrə operator

  • Deadline 29 Dekabr 2024

Tələblər:

  • Təhsil: Orta ixtisas, natamam ali, ali təhsilli;
  • Dil bilikləri: Azərbaycan dili, rus dili (arzuolunandır);
  • Təcrübə: Müvafiq vəzifə üzrə 6 (altı) ay iş təcrübəsi (arzuolunandır);
  • Komputer bilikləri: MS Office proqramlarında yaxşı işləyə bilmək;
  • Şəxsi keyfiyyətlər: Fikrini aydın ifadə etmə bacarığı, səlist və aydın intonasiya danışıq qabiliyyəti; Kompyuterdə çevik işləmə qabiliyyəti;

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək.
  • Müəssisənin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək, korporativ xidmət standartlarına əməl etmək.
  • Müştərilərə Onlayn Çat Xidməti (ERP Whalp.az) tərəfindən gələn sualları, tələbləri və şikayətləri sürətli və effektiv şəkildə cavablandırmaq.
  • Müəssisənin onlayn çat platformalarında müştərilərin yaşadığı problemləri anlamaq və həll etmək üçün səmimi üslubla çalışmaq.
  • Müraciət edən müştərilərə Müəssisənin məhsulları və xidmətləri haqqında tam olaraq məlumatlandırılması və müştərilərin müvafiq suallarına ən uyğun formada ətraflı cavab verilməsi, müştəriyə yüksək səviyyəli xidmət göstərmək, onun kreditoru seçməkdə səhv etmədiyinə əmin olmasını təmin etmək.
  • Müştərilərin onlayn platformlardakı tələblərini, dəyişikliklərini və istəklərini dəqiqləşdirmək və aidiyyəti üzrə yönləndirmək.
  • Chat Bot sayəsində suallara və müraciətlərə cavab vermək. Müştərilərin şəxsi kabinet əməliyyatları üzrə, elektron poçt, ad, soyad və kart hesabların (IBAN) informasiyası və konsultasiyası ilə təmin edilməsi.

İmtiyazlar:

  • Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta təminatının verilməsi (3 ay sonra);
  • "Team building” tədbirlərinin keçirilməsi;

Əmək haqqı və iş rejimi:

  • İş vaxtı: növbəli iş rejimi (09:00-18:00, 10:00-19:00, 11:00-20:00);
  • Əmək haqqı: 500 azn (net) + 550 azn KPI bonus;
  • Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.
  • Daily19
  • Weekly547
  • Monthly2190