Tələblər:
- Təhsil: Orta ixtisas, natamam ali, ali təhsilli;
- Dil bilikləri: Azərbaycan dili, rus dili (arzuolunandır);
- Təcrübə: Müvafiq vəzifə üzrə 6 (altı) ay iş təcrübəsi (arzuolunandır);
- Komputer bilikləri: MS Office proqramlarında yaxşı işləyə bilmək;
- Şəxsi keyfiyyətlər: Fikrini aydın ifadə etmə bacarığı, səlis və aydın intonasiya danışıq qabiliyyəti; Kompyuterdə çevik işləmə qabiliyyəti;
Vəzifə öhdəlikləri:
- Mövcud olan müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi;
- Telefon vasitəsilə təqdim olunmuş bazalar əsasında potensial müştərilər ilə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək;
- Müəssisənin məhsulları, xidmətləri və üstünlükləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştərilərin müvafiq suallarına ən uyğun formada ətraflı cavab verilməsi;
- Zəng zamanı müştərilərlə biznes etikası standartlarına (müəyyən edilmiş “Script”-ə) uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması. Müştəri müraciətlərinin qəbulunda stress, qəzəb və ya digər mübahisəli ünsürlərin yaranması zamanı təmkinliklə, dolğun məlumatlandırmanı təmin etmək;
- Potensial müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün xidmət seçimində köməklik göstərmək;
- Telemarketing və satış üzrə operator danışıqların nəticələrinin statistikasını aparır, həmçinin mövcud məlumat bazası əsasında müştərilər arasında sorğular aparır;
İmtiyazlar:
- Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Tibbi sığorta təminatının verilməsi (3 ay sonra);
- "Team building” tədbirlərinin keçirilməsi;
Əmək haqqı və iş rejimi:
- İş vaxtı: növbəli iş rejimi (09:00-dan 18:00-dək; 10:00-dan 19:00-dək);
- Əmək haqqı: 500 azn (net) + 550 azn KPI bonus;
- Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.