SƏTTƏM və Keyfiyyət üzrə mühəndis (Gəncə-Daşkəsən )

  • Истекает 22 ноябрь 2026

SGS dünyanın aparıcı inspeksiya, yoxlama, sınaq və sertifikatlaşdırma şirkətidir. Biz davamlılıq, keyfiyyət və dürüstlük sahəsində qlobal etalon kimi tanınırıq. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 2600 ofis və laboratoriyadan ibarət şəbəkəmizdə 99 600 əməkdaş çalışır.

Harada olmağınızdan və hansı sənaye sahəsində fəaliyyət göstərməyinizdən asılı olmayaraq, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən ekspertlərimiz biznesinizin daha sürətli, sadə və səmərəli şəkildə inkişaf etməsinə kömək edən ixtisaslaşmış həllər təqdim edirlər.

 

SGS Azerbaijan MMC Daşkəsən rayonunun Çovdar kəndində yerləşən laboratoriyasında fəaliyyət göstərəcək SƏTTƏM və Keyfiyyət üzrə mühəndis vəzifəsinə əməkdaş axtarır.

 

Əsas vəzifə öhdəlikləri

 

  • Laboratoriyada sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı riskləri müəyyən etmək məqsədilə yoxlamaların aparılması.
  • Yoxlama siyasət və prosedurlarının hazırlanması və tətbiqi, həmçinin müntəzəm yoxlamaların qrafikinin tərtib edilməsi.
  • Laboratoriyanin bütün fəaliyyət sahələri üzrə sağlamlıq və əməyin təhlükəsizliyi prosedurlarının hazırlanması.
  • Fövqəladə hallar zamanı davranış qaydaları, iş yerində təhlükəsizlik və digər müvafiq mövzuları əhatə edən təlimlərin hazırlanması və keçirilmə qrafikinin tərtib edilməsi.
  • Əməyin təhlükəsizliyi prosedurlarına riayət olunmasına nəzarət edilməsi.
  • Yoxlamaların nəticələrini sənədləşdirmək məqsədilə yoxlama hesabatlarının hazırlanması.
  • Müvafiq tələblərə uyğun olaraq, təhlükəli tullantıların və/və ya çirkləndirici maddələrin ətraf mühitə axıdılması, habelə işçilərin bu maddələrin təsirinə məruz qalması ilə bağlı qeydlərin aparılması.
  • Rəhbərlik tərəfindən tapşırılan digər əlaqəli vəzifələrin yerinə yetirilməsi.

 

Tələblər

 

  • Mühəndislik sahəsi üzrə ali təhsil (bakalavr dərəcəsi) və ya ona ekvivalent təhsil.
  • Müvafiq sahədə 5–7 il iş təcrübəsinə üstünlük verilir.
  • Əməyin mühafizəsi və təhlükəsizliyi (OHS) texnikaları və metodları üzrə biliklər daxil olmaqla, müvafiq praktiki iş təcrübəsi.
  • Peşəkar sertifikatlar: NEBOSH / IOSH.(arzuolunandır)
  • İngilis dilində yazılı və şifahi ünsiyyət bacarığı.
  • Yaxşı kommunikasiya bacarıqları.

 

 

Əmək şəraiti

 

Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcək

İş yeri: Daşkəsən rayonu

İş şəraiti: Həftədə 5 iş günü, 40 saat

 

 

Maraqlanan namizədlərdən CV-lərini 22.11.2026 tarixinədək e-mailin mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə aşağıdakı ünvana göndərmələri xahiş olunur:

[email protected]

 

Nəzərinizə çatdırırıq ki, yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə dəvət olunacaqlar.

 

 

  • Daily112
  • Weekly444
  • Monthly1862