Vəzifə Öhdəlikləri:
Gündəlik, aylıq məlumatların 1C proqramına işlənməsi;
Bank və ƏDV depozit hesabında müvafiq əməliyyatının həyata keçirilməsi;
Müqavilələrin, elektron qaimələrin və hesab fakturaların tərtib olunması;
Debitor – kreditorlarla hesablaşmaların aparılması;
Kassa əməliyyatlarının aparılması, mədaxil, məxaric orderlərinin yazılması;
Tələblər:
Maliyyə üzrə ali təhsil.
Mühasibat uçotunun və kargüzarlığının aparılması haqqında bilik.
Orta səviyyədə MS Excel proqramında işləmə bacarığı.
1C 8.3 proqramında işləməyi bacarmalı.
İş şəraiti:
Əmək haqqı: 700-800 AZN
İş təcrübəsi: 1-2 il
İş qrafiki: 5 günlük iş həftəsi, 09:00-17:30
Korporativ mobil nömrə
Nahar şirkət tərəfindən verilir.
Xanım namizəd tələb olunur.
Ünvan: Qaradağ rayon, Lökbatan şossesi ( Bravo Lökbatan anbarının yanı )
Uyğun namizədlər CV-lərini mövzu hissəsində "Baş Mühasib köməkçisi" qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.