Vəzifə öhdəlikləri:
- Satışın təşkil olunması, satış siyasətinin inkişaf etdirilməsi və satışa nəzarətin həyata keçirilməsi;
- Bazar araşdırılmasının aparılması, satışın proqnozlaşdırılması və rəhbərliyə aylıq, rüblük və illik hesabatların təqdim olunması, satışın həcminin artırılması məqsədi ilə gündəlik satış və xərclər barədə məlumatların təhlil olunması, digər zəruri maliyyə təhlillərin aparılması;
- Şirkətin qiymət siyasətinin inkişafı
- Müştəri bazasının sistemləşdirilməsi və analizi
- Prezentasiyaların keçirilməsi
- Yeni müştərilərin cəlb ediləməsinin təşkili
- VİP-müştərilər ilə görüşlərin keçirilməsi
- Perspektiv və cari satış planlarının işlənilməsi
- Reklam və marketinq materiallarının hazırlanmasının təşkili
- Şirkətin sərgilərdə və konferensiyalarda təmsil olunmasının təşkili
- Satış nümayəndələrinin tədrisi
- Satış nümayəndələri üçün satış planlarının təyini və icrasına nəzarət
- Satış nümayəndələri üçün motivasiya sxeminin hazırlanması
- Debitor borcların düzgün idarə edilməsi
- Satış nümayəndələri ilə həftəlik görüşlərin keçirilməsi
- Rəqib şirkətlərin fəaliyyəti haqqında məlumatlı olması
- Kommersiya təkliflərinin, müqavilələrin və digər müvafiq sənədlərin hazırlanması
- İdarə etdiyi şöbə üzrə rəhbərliyə aylıq, rüblük və illik hesabatların təqdim olunması
Tələblər:
- Satış sahəsində ən azı 5 il iş təcrübəsi, 3 ili menecer vəzifəsi olmalıdır( Kənd təsərrüfatı sahəsində, yaş meyvə tərəvəzlərlə çalışan əməkdaşlar üstünlük təşkil edəcək);
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, marketinq, biznesin təşkili və idarəedilməsi üzrə təhsili olanlara üstünlük veriləcəkdir)olmalıdır;
- MS Office və İnternet, E-Mail-dən istifadəni bilməli;
- Diqqətli və məsuliyyətli olmalıdır;
- Məntiqi, analitik və yaradıcı düşünmə qabiliyyəti olmalıdır;
- Satış üzrə treninqlərə aid sertifikatlar olmalıdır;
- Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı olmalıdır;
Əlavə məlumat:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İş yeri Şəmkir şəhəri
Maraqlanan şəxslər öz CV formalarını Satış şöbəsinin rəhbəri (Şəmkir)" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.