Shine.az Shine.az

Sahə Satış təmsilçisi (kosmetika üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sahə Satış təmsilçisi (kosmetika üzrə)

  • Deadline 8 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Shine.az komandasına kosmetika sahəsində təcrübəli satış təmsilçisi axtarılır.

Vəzifə öhdəlikləri:

  • Kosmetika satış nöqtələrinin gündəlik marşrut cədvəlinə uyğun ziyarət edilməsi;
  • Mövcud müştərilərdən sifarişlərin alınması, yeni satış nöqtələrinin axtarışı və əməkdaşlığa cəlb edilməsi;
  • Satış planının icrası;
  • Rəflərdə mal qalığına və məhsulların planoqramlara uyğun sərgilənməsinə nəzarət;
  • Debitor borcların yığılmasına nəzarət;
  • Yeni potensial müştərilərlə danışıqların aparılması və ticarət şərtlərinin razılaşdırılması;
  • Sell-in və sell-out göstəricilərinin izlənməsi;
  • Bazarın və rəqiblərin davamlı monitorinqi.

Tələblər:

  • Məhz kosmetika məhsullarının satışı üzrə satış təmsilçisi kimi minimum 1 il iş təcrübəsi (mütləq şərt);
  • Kosmetika brendləri və məhsul çeşidləri üzrə bilik;
  • Danışıqlar aparma bacarığı və nəticəyə yönəlmə;
  • Azərbaycan dilini sərbəst bilmək;
  • Rus dili biliyi üstünlükdür (mütləq şərt deyil);
  • MS Office proqramlarında işləmək bacarığı.

Qeyd: Yalnız kosmetika sahəsində təcrübəsi olan namizədlər nəzərə alınacaq. Digər sahələr (avtomobil, ehtiyat hissələri, qida və s.) üzrə təcrübə bu vakansiya üçün uyğun deyil.

Təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı (Fix + KPI + Bonus);
  • Karyera inkişafı imkanı;
  • İnkişaf edən və perspektivli şirkətdə çalışmaq imkanı;
  • Gənc və peşəkar komanda.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. E-poçtun mövzu (Subject) sətrində mütləq Sahə Satış təmsilçisi (kosmetika üzrə) qeyd edin.

  • Daily4
  • Weekly584
  • Monthly601