Kontent marketoloq

  • Истекает 10 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Azərbaycan dilində elə yazırsınız ki, sözləriniz diqqət çəkir və satır? Onda bu elan sizin üçündür.

Shukurov Marketing Group komandasına Kontent marketoloq axtarırıq.

Biz bizneslər üçün sistemli marketinq qururuq: target, kontekst reklam, satış qıfı, strategiya və kreativlər. İndi isə kontenti satış alətinə çevirə bilən, sözlə işləməyi bacaran yeni komanda üzvü axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Kontent-plan hazırlamaq və ona uyğun kontent yerləşdirmək
  • Azərbaycan dilində satış mətnləri, postlar, başlıqlar və reklam mətnləri yazmaq
  • Stories, post və Reels üçün mətn və ssenari hazırlamaq
  • Mətnləri redaktə etmək və xidmət təsvirləri yazmaq
  • Auditoriyanı və onun ehtiyaclarını nəzərə alaraq yeni kontent ideyaları təklif etmək
  • Dizayner və marketoloqla birlikdə işləmək, materialların tərtibatına nəzarət etmək
  • Tapşırıqları vaxtında təhvil vermək və son tarixlərə əməl etmək

Tələblər:

  • Kopiraytinq və ya SMM sahəsində ən azı 2 il təcrübə
  • Azərbaycan dilində qüsursuz yazılı ünsiyyət
  • Rus dili biliyi üstünlükdür
  • SMM-in əsas prinsiplərini başa düşmək
  • Kreativ düşüncə və mətni satış alətinə çevirmək bacarığı
  • Portfolio / iş nümunələri mütləqdir
  • Məsuliyyət, müstəqillik və nəticəyönümlülük
  • Yaş və cins fərq etmir - bacarıq önəmlidir

Şərtlər:

  • İş formatı: ofisdən
  • Bakı
  • Qrafik: Bazar ertəsi - Cümə, 10:00-18:00
  • Əməkhaqqı namizədin bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən olunur

Niyə biz?

  • Peşəkar və dəstəkləyici komanda
  • Daimi öyrənmə və peşəkar inkişaf mühiti
  • Kontent-strateq / istiqamət rəhbəri səviyyəsinə qədər karyera yüksəlişi imkanı

Kimi axtarmırıq:

  • Son tarixləri daim gecikdirənləri
  • “Unutdum / çatdırmadım / görmədim” deyənləri
  • Yalnız daimi nəzarət altında işləyə bilənləri

Necə müraciət etmək olar?

  • CV və portfolionuzu Direct-ə və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Müraciətinizə Azərbaycan dilində yazdığınız 1 qısa mətn nümunəsi əlavə edin - dil bizim üçün əsas meyardır.

  • Daily0
  • Weekly633
  • Monthly1033