İş şəraiti
- İş yeri: “Silent Park” MTK
- İş rejimi: 6 günlük
- Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri:
- Tikinti işlərinin layihə sənədlərinə, mövcud tikinti normalarına (SNİP, SP, DSTU, və s.) və texniki şərtlərə uyğunluğuna texniki nəzarətin həyata keçirilməsi
- Tikinti materiallarının və texnoloji proseslərin keyfiyyətinə, uyğunluğuna və sertifikatlaşdırılmasına nəzarət
- Sahə üzrə görülmüş işlərin mərhələli şəkildə, layihə sənədlərinə uyğun yerinə yetirilməsinə nəzarət
- Həm podratçı, həm də nəzarətedici orqanlarla işgüzar əlaqələrin qurulması və gündəlik koordinasiyanın təmin olunması
- Foto və yazılı texniki hesabatların, aktların, qeydlərin və digər sənədlərin sistematik şəkildə hazırlanması və arxivləşdirilməsi
- Tikinti sahəsində texniki auditlərin keçirilməsi və rəhbərliyə dəqiq rəy verilməsi
- Tikinti üzrə texniki nəzarətçi öz işinin nəticəsinə görə sifarişçi qarşısında məsuliyyət daşıyır.
Namizədə tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi, texniki nəzarət və ya əlaqədar sahələr üzrə)
- Tikinti sahəsində iş təcrübəsi, xüsusilə texniki nəzarət və ya texnozor vəzifəsində
- Tikinti və şəhərsalma normaları, texniki təhlükəsizlik qaydaları və keyfiyyət standartları üzrə dərin biliklər
- Layihə sənədlərini və işçi cizgiləri oxuma bacarığı, texniki hesabatların və aktların hazırlanması təcrübəsi
- Analitik düşüncə, texniki məsuliyyət, problem həll etmə bacarığı və detallara diqqət
- Komanda ilə işləmə bacarığı və yüksək səviyyədə kommunikasiya bacarığı
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti
- Sertifikatlı texniki nəzarətçi və ya layihə mühəndisi lisenziyası üstünlükdür
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.